Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQFərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
 
Qərarda deyilir ki, Cinayət Məcəlləsində təsbit olunmuş qanunçuluq prinsipinin tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun həmin prinsiplə bağlı formalaşdırdığı hüquqi mövqelər baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsi, 28-ci maddəsinin I hissəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi, 71-ci maddəsinin I və II hissələri ilə ziddiyyət təşkil etmir.
 
Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin zəruri əlaməti olan "mütəmadilik" anlayışı Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox həyata keçirilən, güclü fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında daxili qarşılıqlı əlaqənin mövcudluğunu nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki,
bu məsələdə çox diqqətli olmaq lazımdır:

Döyməklə bağlı YENİ QƏRAR - hüquqşünasdan XƏBƏRDARLIQ"Bəzi hallarda aşırı tənzimləmə və müdafiə tədbirlərinin həddindən artıq gücləndirilməsi təhqiqat və istintaq orqanlarının qeyri-ixtiyari özbaşınalığına, eləcə də digər şəxslərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Əlbəttə ki, əgər şəxs barəsində üç dəfə döyməklə bağlı inzibati tənbeh qərarı verilibsə və ya məişət zorakılığı səbəbindən mühafizə orderi çıxarılıbsa, bu, növbəti oxşar davranışlarda əzab vermə cinayəti kimi qiymətləndirilə bilər".

Müsahibimiz əlavə edib ki, lakin Konstitusiya Məhkəməsi tərəfindən əzab vermənin obyektiv və subyektiv tərəflərinin - hansı ağrı və xəsarət dərəcəsinin bu cinayət tərkibini formalaşdırdığının dəqiq şərh olunması vacibdir:

"Buna görə də hüquqşünaslar, hakimlər və vəkillər bu məsələdə kifayət qədər dəqiq və ciddi yanaşmalıdırlar. Çünki aşırı mühafizəkar davranışlar şəxslər arasında baş verən hüquq münasibətlərinin tənzimlənməsi zamanı qarşı tərəfin də hüquqlarının pozulmasına yol aça bilər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 898   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 315
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 428
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 271
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.