Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərkəzinə çevrilir

Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərkəzinə çevrilir"Qarabağın işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatı üçün yeni və böyük iqtisadi məkanın dövriyyəyə qaytarılması deməkdir. İlk növbədə, uzun illər istifadəsiz qalan torpaqlar, təbii ehtiyatlar, kənd təsərrüfatı imkanları və sənaye potensialı yenidən iqtisadi fəaliyyətə cəlb olunur. Qarabağ və Şərqi Zəngəzurda mədənçilik, kənd təsərrüfatı, emal sənayesi, turizm və yaşıl enerji kimi sahələrin inkişafı üçün geniş imkanlar yaranıb".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisdçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki. digər mühüm iqtisadi nəticə yeni infrastrukturun yaradılmasıdır. Yollar, hava limanları, elektrik və su infrastrukturu həm regionun iqtisadi canlanmasına, həm də Azərbaycanın digər bölgələri ilə logistika əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bu proses gələcəkdə nəqliyyat və ticarət imkanlarının genişlənməsinə də şərait yarada bilər:
Qarabağ Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərkəzinə çevrilir"Qarabağın bərpası eyni zamanda tikinti, sənaye, xidmət və logistika sektorlarında böyük iqtisadi aktivlik yaradıb. Hazırda azad edilmiş ərazilərə bütün maliyyə mənbələri hesabına yatırılan investisiyaların həcmi 17 milyard dollara yaxın qiymətləndirilir. Bu vəsaitin əhəmiyyətli hissəsi infrastruktura yönəldilsə də, yaradılan infrastruktur gələcəkdə özəl investisiyaların cəlb olunması üçün mühüm baza formalaşdırır.

Sahibkarlığın inkişafı üçün bölgədə vergi və gömrük güzəştləri də tətbiq olunur. Məsələn, burada fəaliyyət göstərən rezidentlər 2033-cü ilədək bir sıra vergilərdən, müəyyən avadanlıq və xammalın idxalına görə isə ƏDV və gömrük rüsumlarından azaddırlar. Bu güzəştlər investisiya xərclərini azaltmaqla yeni müəssisələrin yaradılmasını stimullaşdırır.

Beləliklə, Qarabağın azad edilməsinin iqtisadi nəticələrini yalnız bu gün əldə olunan gəlirlərlə ölçmək düzgün olmaz. Əsas iqtisadi potensial regionun uzunmüddətli perspektivdə istehsal, ixrac, turizm, kənd təsərrüfatı, enerji və logistika mərkəzinə çevrilməsi, yeni iş yerlərinin yaradılması və ölkə iqtisadiyyatının coğrafi baxımdan daha da şaxələndirilməsidir.

Bu potensialın real iqtisadi gəlirə çevrilməsi isə bərpa prosesinin tamamlanmasından, yaradılan infrastrukturun səmərəli istifadəsindən və özəl sektorun bölgədə davamlı şəkildə genişlənməsindən asılı olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 761   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 315
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 428
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 271
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.