Şagird sayı azalan məktəblərin taleyi necə olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagird sayı azalan məktəblərin taleyi necə olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda bəzi məktəblərdə şagird sayının azalması təhsil müəssisələrinin gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirir. Şagird kontingentinin azalması belə məktəblərin fəaliyyətinin əvvəlki formada davam etdirilməsinin nə dərəcədə səmərəli olduğu, onların birləşdirilməsi, başqa məqsədlər üçün istifadəsi və ya fəaliyyətinin optimallaşdırılması məsələsini aktuallaşdırır.

Bəs şagird sayı azalan məktəblərin taleyi necə həll edilməlidir? Belə məktəblərin bağlanması, birləşdirilməsi, yoxsa fəaliyyətinin davam etdirilməsi daha məqsədəuyğundur?
Şagird sayı azalan məktəblərin taleyi necə olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, rayonlarda şagird sayı azalan məktəblərin taleyi məsələsinə yalnız iqtisadi və ya statistika prizmasından yanaşmaq düzgün deyil. Burada söhbət sadəcə bir məktəb binasından getmir. Onun sözlərinə görə, həmin məktəb kəndin, qəsəbənin sosial həyatının bir hissəsidir: "Ona görə də "şagird sayı azdırsa, məktəb bağlanmalıdır" yanaşmasını doğru hesab etmirəm. Əlbəttə, elə məktəblər var ki, orada şagird sayı o qədər azdır ki, ayrıca məktəbin saxlanılması həm idarəetmə, həm müəllim resurslarının bölüşdürülməsi, həm də maddi baxımdan səmərəsiz ola bilər. Belə hallarda məktəblərin birləşdirilməsi və ya şagirdlərin yaxın məktəblərə yönləndirilməsi müzakirə edilə bilər. Ölkəmizdə də əvvəllər şagird sayı çox az olan və perspektivdə artım gözlənilməyən bəzi məktəblərin fəaliyyəti dayandırılıb, şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib.

Amma rayon və xüsusilə ucqar kənd məktəblərinə yanaşma fərqli olmalıdır. Tutaq ki, bir kənd məktəbində 20-30 şagird oxuyur. Məktəbi bağlayıb uşaqları 10-15 kilometr uzaqlıqdakı məktəbə göndərmək kağız üzərində səmərəli görünə bilər. Lakin biz həmin uşağın hər gün məktəbə necə gedəcəyini, qış aylarında yolun vəziyyətini, nəqliyyat problemini və ailənin üzərinə düşəcək yükü də nəzərə almalıyıq.

Məncə, əsas sual "məktəbi bağlayaq, ya bağlamayaq?" olmamalıdır. Əsas sual belə olmalıdır bu ərazidə yaşayan uşağın keyfiyyətli təhsilə çıxışını necə təmin edək?
Əgər məktəbdə şagird sayı azdırsa, alternativlər araşdırılmalıdır. Məsələn, azkomplektli məktəbin saxlanılması, bir neçə sinfin birləşdirilməsi, müəllim resurslarının daha çevik təşkili, məktəbin maddi-texniki imkanlarının optimallaşdırılması və zəruri hallarda şagirdlərin təhlükəsiz nəqliyyatla yaxın məktəbə daşınması kimi variantlar qiymətləndirilməlidir. Azərbaycanda azkomplektli və ucqar kənd məktəbləri üçün modul məktəblərdən istifadə praktikası da mövcuddur.

Bir məsələni də unutmayaq: məktəbin bağlanması bəzən kəndin sosial həyatına da təsir edir. Kənddə məktəb yoxdursa, ailələrin həmin ərazidə qalmaq motivasiyası da zəifləyə bilər. Bu isə uzunmüddətli perspektivdə kəndlərin boşalması prosesini sürətləndirə bilər. Ona görə məktəb məsələsinə yalnız birillik şagird sayı əsasında qərar vermək düzgün deyil. Ərazinin demoqrafik vəziyyəti, doğum göstəriciləri, miqrasiya, kəndin inkişaf perspektivi və yaxın illərdə şagird sayının necə dəyişəcəyi də hesablanmalıdır.
Digər tərəfdən, sırf "kənd məktəbidir" deyə şagird sayı son dərəcə az olan, təhsil imkanları məhdud və faktiki olaraq effektiv fəaliyyət göstərə bilməyən məktəbi də illərlə eyni formada saxlamaq çıxış yolu deyil. Burada uşağın mənafeyi əsas götürülməlidir.

Mənim fikrimcə məktəbin bağlanması sonuncu variant olmalıdır, ilk variant yox. Əvvəlcə həmin məktəbin saxlanılmasının, optimallaşdırılmasının və ya başqa məktəblə birləşdirilməsinin bütün nəticələri hesablanmalıdır. Əgər bağlanma zəruri hesab edilirsə, bundan əvvəl uşaqların daşınması, təhlükəsizliyi, müəllimlərin işlə təminatı və valideynlərin razılaşdırılmış şəkildə məlumatlandırılması məsələləri həll olunmalıdır.

Çünki məktəb sadəcə dövlət büdcəsindən maliyyələşən bir müəssisə deyil. Məktəb uşağın evindən sonra ikinci ən vacib sosial mühitidir. Biz resurslardan səmərəli istifadə etməliyik, amma bunu uşağın təhsil hüququ və kənddə yaşayan ailələrin real həyatı hesabına etməməliyik.
Ən düzgün yanaşma hər məktəbə ayrıca baxmaq, rəqəmlə yanaşı insan faktorunu da nəzərə almaqdır. Bir məktəbin saxlanılmasının və ya bağlanmasının ölçüsü təkcə şagird sayı yox, həmin məktəbin uşaqlar üçün yaratdığı təhsil imkanları və ərazi üçün daşıdığı sosial əhəmiyyət olmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 315
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 428
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 271
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.