Cəmi 10 dəqiqə qaçın - beyninizdə bunlar baş verəcək

Cəmi 10 dəqiqə qaçın - beyninizdə bunlar baş verəcəkCəmi 10 dəqiqəlik yavaş tempdə qaçışın belə beynin fəaliyyətini canlandıra və əhval-ruhiyyəni yaxşılaşdıra biləcəyi müəyyənləşib.

BiG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, yeriş sürətinə yaxın tempdə qaçmaq diqqəti və özünənəzarəti gücləndirməklə yanaşı, zehni oyanıqlığı da artırır.

Yaponiyanın Tsukuba Universitetinin alimləri 24 sağlam gənc üzərində araşdırma aparıblar. İştirakçılar qaçış zolağında saatda 3-6 kilometr sürətlə 10 dəqiqə qaçıblar. Bu müddətdə onların ürək döyüntüləri və beyində oksigenli qan axını xüsusi cihazlarla izlənilib.

Məlum olub ki, 10 dəqiqəlik yavaş qaçışdan sonra iştirakçıların diqqət və özünənəzarət testlərində reaksiya müddəti sürətlənib. Eyni zamanda beynin duyğular, qərarvermə və planlaşdırmaya cavabdeh olan sol prefrontal korteks nahiyəsinə oksigenlə zəngin qan axınının artdığı müşahidə edilib.

İştirakçılar məşqdən sonra özlərini daha ayıq, enerjili və yaxşı əhval-ruhiyyədə hiss etdiklərini bildiriblər.

Alimlər bu təsirin qaçış zamanı başın ritmik şəkildə yuxarı-aşağı hərəkət etməsi ilə də əlaqəli ola biləcəyini qeyd ediblər. Araşdırmada belə hərəkətlər nəticəsində yaranan baş sürətlənməsinin məşqdən sonra yaranan xoş əhvalın təxminən 17 faizinə təsir etdiyi müəyyənləşdirilib.

Tədqiqatçılar bildirirlər ki, beynin fəaliyyətini və əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün mütləq ağır və yorucu məşqlər etmək lazım deyil. Hətta bir neçə dəqiqəlik yüngül qaçış belə beyin funksiyalarına müsbət təsir göstərə bilər.

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 315
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 428
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 271
.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.