"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb.
BiG.AZ xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyalarını bir araya gətirən yeni nəsil audio-vizual bələdçi istifadəyə veriləcək.
Audio-vizual bələdçi vasitəsilə ziyarətçilər abidələr haqqında müxtəlif dillərdə məlumat əldə edə, artırılmış reallıq texnologiyası (AR) vasitəsilə isə seçilmiş məkanların tarixi görünüşünü rəqəmsal şəkildə görə biləcəklər. Layihədə tətbiq olunan süni intellekt texnologiyaları isə ziyarətçilərə daha interaktiv təcrübə təqdim edəcək.
"Tarixi irsimiz keçmişimizi yaşatmaqla yanaşı, gələcək nəsillərə də müasir və maraqlı formatda çatdırılmalıdır. "Bakcell" olaraq inanırıq ki, innovativ texnologiyalar yalnız insanların gündəlik həyatını asanlaşdırmır, eyni zamanda mədəni irsin təbliği və tanıdılmasına və ziyarətçi təcrübəsinin zənginləşdirilməsinə də mühüm töhfə verir", - deyə "Bakcell"in baş icraçı direktoru Qunnar Panke bu rəqəmsal layihənin əhəmiyyətindən danışarkən bildirib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, tətbiq olunan yeniliklər qurumun "Smart Heritage" konsepsiyasına keçidini sürətləndirir: "Məqsədimiz tarixi irsimizi müasir texnologiyalarla uzlaşdıraraq həm sakinlər, həm də şəhərimizin qonaqları üçün unikal təcrübə yaratmaqdır. Bu cür rəqəmsal yanaşmalar İçərişəhərin qlobal turizm mərkəzi kimi dayanıqlı inkişafına töhfə verəcək".
Tərəfdaşlıq çərçivəsində "Bakcell"in təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər qoruğun rəqəmsal transformasiyasına dəstək verəcək. Bununla yanaşı, interaktiv rəqəmsal xəritələrin və audio-vizual bələdçi həllərinin hazırlanması, smart turizm ekosisteminin inkişafı, eləcə də tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan "Azerconnect Group"a daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 751 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 315 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 "Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
13.11.2026 353 Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA
Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir
13.11.2026 428 Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd
13.11.2026 240 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 271 Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 247 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 261 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 322