"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV

"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEV"Hazırda Yaxın Şərqdə vəziyyət kifayət qədər mürəkkəbdir və ABŞ-İran xəttində diplomatiya ilə hərbi qarşıdurma ehtimalı paralel şəkildə mövcuddur. ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və danışıqlar təklifini rədd etməsi bunun göstəricisidir. Eyni zamanda, Trampın "Axios"a açıqlamasında danışıqların bu həftə davam etdirilə biləcəyini bildirməsi onu göstərir ki, diplomatik kanal tam bağlanmayıb.

Digər tərəfdən, "The Wall Street Journal"ın yazdığına görə, Tramp administrasiyası daxilində müharibənin gələcək mərhələsi ilə bağlı daha sərt ssenarilər də müzakirə olunur. Xüsusilə, noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən gündəmə gəlməsi barədə məlumat diqqət çəkir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, İsrail istiqamətində də vəziyyət diqqətlə izlənilməlidir. "The Jerusalem Post"un son məlumatlarında İsrail ordusunun yüksək hazırlıq vəziyyətində olduğu və regionda mümkün yeni eskalasiya ssenarilərinin gündəmdə qaldığı görünür. Eyni zamanda, həmin nəşrin son yeniliklərində Trampın İrana qarşı zərbələri yeniləmək ehtimalını nəzərdən keçirdiyi də qeyd olunur.

"Hesab edirəm ki, hazırkı mərhələdə ən mühüm məqam ondan ibarətdir ki, tərəflər hələ diplomatik imkanları tam tükətməyiblər. Amma qarşılıqlı tələblər kifayət qədər sərtdir. İran atəşkəs və danışıqlar üçün müəyyən şərtlər irəli sürür, Vaşinqton isə nüvə məsələsi və digər təhlükəsizlik tələblərini ön plana çıxarır.
Ona görə də qarşıdakı günlərdə əsas sual diplomatiyanın nəticə verib-verməyəcəyidir. Əgər danışıqlar tərəflərin mövqelərini yaxınlaşdıra bilməsə, hərbi eskalasiya təhlükəsi yenidən arta bilər. Bu isə təkcə İran və İsrail üçün deyil, bütün Yaxın Şərq, enerji bazarları və xüsusilə Hörmüz boğazından asılı olan qlobal nəqliyyat üçün ciddi nəticələr yarada bilər.

Azərbaycan baxımından isə bu proseslər diqqətlə izlənilməlidir. Çünki regionda baş verən hər bir böyük eskalasiya enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və ümumilikdə Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsir göstərə bilər. Burada ən vacib məsələ Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin qorunmasıdır." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 384
.

5 il əvvəl çıxdığı işə qayıdır?

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c

13.11.2026 376
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb

13.11.2026 267
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 274
.