Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi

Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdiPrezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, ölkədə aparılan islahatlar və görülən böyük miqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətini artıraraq onun dünyanın aparıcı dövlətləri sırasında yer almasına imkan vermişdir. Ölkəmizdə hökm ürən tərəqqi, inkişaf və ilk növbədə təhlükəsizlik məsələləri Azərbaycana və onun rəhbərinə olan inam müxtəlif dünya ölkələrindən investisiyaların ölkə iqtisadiyyatının bir çox sahələrinə qoyulmasına şərait yaratmışdır.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. Tədbirdə iştirak edən dövlətimizin başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb.
Böyük maraqla qarşılanan müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər. Dövlətimizin başçısı bildirib ki, artıq ölkəmizdə çox yaxşı investisiya mühiti var.
Öz müsahibəsində Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb.
Bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib: "İlk növbədə, bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Günəş və külək stansiyalarının yaradılması üçün potensial var. Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq".
Diqqət çəkən məqamlardan biri də odur ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbirdə "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ölkə başçımızdan müsahibə alarkən vurğulayıb ki, Azərbaycanda ÜDM təxminən 10 dəfə artıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib.
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin nailiyyətləridir. Azərbaycan Türkiyə və Avropa üçün təbii qazın əsas tədarükçülərindən birinə çevrilib. Ölkə böyük inkişaf yolu keçib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri geri qaytarılıb və sülh müqaviləsinin paraflanması həyata keçirilib. Azərbaycan ABŞ, Avropa, Türkiyə ilə çox güclü əlaqələr qurub, Çin və Rusiya ilə əlaqələr inkişaf edir. COP29-a ev sahibliyi edib. "Ona görə də Azərbaycan xalqı İlham Əliyevi 5 dəfə Prezident seçib. Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim", - deyə Adebayo Oqunlesi bildirib.
Azərbaycanın investisiya potensialında enerji sektoru ənənəvi olaraq mühüm yer tutub. Lakin yeni mərhələdə enerji siyasətinin məzmunu daha da genişlənib.
Ölkə artıq etibarlı neft və qaz təchizatçısı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, bərpa olunan enerji və "yaşıl" enerji dəhlizlərinin yaradılmasına da diqqət yetirir. Bu istiqamətin əhəmiyyəti ondan ibarətdir ki, enerji keçidi investorların qərarlarına getdikcə daha çox təsir edir. Sənaye müəssisələri üçün yalnız enerjinin mövcudluğu deyil, onun qiyməti, sabitliyi və ekoloji göstəriciləri də əhəmiyyət daşıyır.
Azərbaycanda külək və günəş enerjisi potensialından səmərəli istifadə edilməsi, dənizdə və quruda bərpa olunan enerji layihələrinin inkişafının diqqətdə saxlanılması , "yaşıl" enerji dəhlizlərinin yaradılması respublikanın gələcək investisiya xəritəsində enerji sektorunun rolunu daha da artıracaq. Bu proses Azərbaycanı enerji istehsalçısından daha geniş anlamda enerji və əlaqəlilik platformasına çevirəcək. Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında enerji əlaqələrinin genişləndirilməsi isə yeni investisiya layihələrinin yaranmasına imkan verəcək.
İnvestisiya siyasətində daha bir mühüm dəyişiklik texnologiyanın rolunun artmasıdır. Belə ki, əvvəllər investoru əsasən enerji, tikinti, sənaye və infrastruktur layihələri maraqlandırırdısa, hazırda rəqəmsal iqtisadiyyat, süni intellekt, məlumat infrastrukturu və kibertəhlükəsizlik də investisiya gündəliyinin mühüm hissəsi kimi diqqət çəkir.
Cənab Adebayo Oqunlesiyə müsahibəsində ölkə başçısı qeyd edib: "30 il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır. Onun bir sözü də, bir vergülü də dəyişməyib və bu da investorları cəlb etmək üçün çox önəmli bir amildir. Beləliklə, bizim çox güclü portfelimiz var".
Vurğulanıb ki, Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən çox hökm sürür.
Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycanın coğrafi baxımdan Cənubi Qafqazda olduğu, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduğu səsləndirib. Bildirilib ki, bizim regionda geosiyasi vəziyyət dəyişsə, 5 il əvvəlki vəziyyətə qayıtsa, biz yenə də təchizatçılar üçün çox cəlbedici olacağıq.
Qeyd edilib ki, Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər. "İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz", - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz doğrudan da qovşağıq. Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan azsaylı ölkələrdəndir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.
Vurğulanıb ki, indi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. "Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır", - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı bildirib ki, ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və təhsil sahəsində görülən geniş işlər kadr potensialının artırılmasında vacib rol oynayır. Neft-qaz sahəsində qazanılan uğurlu idarəçilik təcrübəsini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hazırda ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixracda neft-qazın üstünlüyünü azaltmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilir.
Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. "Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrikötürmə xətləridir və burada çox böyük potensial var".
Qeyd edilib ki, biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik. Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələr ixrac etdiyini söyləyən dövlətimizin başçısı bildirib: "Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik. Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına".
Əminliklə deyə bilərik ki, Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini hərtərəfli nümayiş etdirməyi bacarıb. Davamlı xarakter daşıyan investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına önəmli təsir göstərərək Azərbaycanın qlobal məkanda prestijinin daha da artmasına şərait yaradacaq.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 384
.

5 il əvvəl çıxdığı işə qayıdır?

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c

13.11.2026 376
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb

13.11.2026 267
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 274
.