Bacısından Qənirə Paşayeva ilə bağlı paylaşım - Fotolar
Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onun vəfatının üçüncü ildönümü ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, Kəmalə Paşayeva sosial media hesabında Qənirə Paşayevaya ünvanladığı duyğusal sözləri bölüşüb. O, paylaşımında bunları yazıb:
"Canım bacım, bu gün sənsizliyin üçüncü ili. Üç il əvvəl bu gün həyat dayanmadı. Günəş yenə doğdu, insanlar yenə danışdı, küçələr yenə insanla dolu idi. Həyat hamı üçün davam etdi. Amma mənim dünyamda bir şey sonsuza qədər əskik qaldı: sən.
İnsan ən sevdiyini itirəndə zamanın acını yüngülləşdirəcəyinə inanmaq istəyir. Amma mən öyrəndim ki, bəzi acılar keçmir. Sadəcə insanın içinə yerləşir. Sən yaşamağa davam edirsən, amma qəlbinin bir hissəsi həmişə gedən insanın yanında qalır.
Mənim qəlbim üç ildir səninlədir, bacım. Sənin üçün sadəcə darıxmıram. Səsini, baxışını, gülüşünü, mənə "Kəmalə" deyə səslənməyini istəyirəm. Sənə bir şey danışmağı, fikrini soruşmağı, bəzən səninlə mübahisə etməyi, sonra yenə sənə sığınmağı arzulayıram. Çünki sən mənim yalnız bacım deyildin. Sən mənim uşaqlığım, gəncliyim, sirdaşım, yol yoldaşım, həyat müəllimim idin. Güclü dayanmağı, mübarizə aparmağı, yıxıldığım yerdən yenidən qalxmağı səndən öyrəndim.
İnsanlara toxunmağın, birinin dərdini öz dərdin bilməyin nə demək olduğunu səndə gördüm. Və səni tanıyan hər kəs bilir ki, sən yalnız bizim ailəmizə aid deyildin. Sən özünü Vətəninə, millətinə və türk dünyasına həsr etmişdin. Azərbaycan və türk dünyası sənin ən böyük sevdan, Qarabağ isə ürəyinin heç dinməyən yarası idi.
İllərlə dünyanın müxtəlif yerlərində Azərbaycanın həqiqətlərini danışdın. Qarabağdan, yurdundan didərgin salınan insanlarımızdan, şəhidlərimizdən, qazilərimizdən danışdın. Bəzən bir kürsüdə xalqının səsi oldun, bəzən ucqar bir kənddə bir ananın göz yaşını sildin, bəzən bir uşağın təhsilinə, bir xəstənin müalicəsinə çatmağa çalışdın.
Sənin üçün siyasət də, millət vəkilliyi də, tanınmış olmaq da məqsəd deyildi. Bunların hamısı insana, Vətənə, xalqa xidmət edə bilməyin vasitəsi idi.
Və sənin bir başqa böyük sevdan var idi".
Qeyd edək ki, Q.Paşayeva 2023-cü ildə səhhətində yaranan ciddi problemlərə görə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 992 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 247 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 384 5 il əvvəl çıxdığı işə qayıdır?
Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c
13.11.2026 376 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd
13.11.2026 240 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 398 ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü
ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb
13.11.2026 267 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 261 Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma
Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin
13.11.2026 274