Azərbaycanın investisiya xəritəsi dəyişir: Yeni iqtisadi prioritetlər açıqlanıb

Azərbaycanın investisiya xəritəsi dəyişir: Yeni iqtisadi prioritetlər açıqlanıbPrezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısının çıxışı Azərbaycanın qarşıdakı dövrdə iqtisadi siyasətinin əsas istiqamətləri barədə kifayət qədər aydın təsəvvür yaratdı. Çıxışda diqqət çəkən əsas məqamlar sırasında qaz hasilatının artırılması, bərpaolunan enerjinin genişləndirilməsi və ölkənin aşağı xarici borc yükü xüsusi yer tutdu.

Qaz hasilatının artırılması Azərbaycanın enerji imkanlarını yenidən genişləndirir. Prezident "Abşeron" yatağının tammiqyaslı işlənməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının qəbul ediləcəyini və layihənin 3-4 il ərzində Azərbaycanın qaz hasilatına əlavə 5 milyard kubmetr qaz gətirəcəyini bildirib. Forum çərçivəsində SOCAR, XRG və "TotalEnergies" arasında bununla bağlı sənədlər də mübadilə olunub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan uzun illərdir enerji ixrac edən ölkə kimi tanınır. Lakin məsələ artıq yalnız mövcud neft və qaz ehtiyatlarının ixracından ibarət deyil. Dünya enerji bazarında dəyişən şərtlər, Avropanın enerji təhlükəsizliyi və yeni enerji marşrutlarının əhəmiyyətinin artması Azərbaycanın resurslarından daha səmərəli istifadə etməsini zəruri edir:

"Bu baxımdan "Abşeron" layihəsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Əlavə qaz hasilatı həm daxili tələbatın təmin edilməsinə, həm də ixrac imkanlarının qorunmasına şərait yarada bilər.

Digər tərəfdən, enerji siyasətində yeni potensialların axtarışı da diqqət çəkir. Prezident "Exxon" şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə müqavilənin imzalanacağını açıqlayıb. Forum çərçivəsində SOCAR ilə "ExxonMobil" arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatına dair Hasilatın Pay Bölgüsü Sazişi ilə bağlı sənədlər mübadilə olunub.

Bu, Azərbaycanın mövcud yataqların istismarı ilə kifayətlənmədiyini, yeni potensialların araşdırılmasına və beynəlxalq şirkətlərin texnologiya və kapitalının enerji sektoruna cəlb edilməsinə maraqlı olduğunu göstərir.

Bununla paralel olaraq, bərpaolunan enerji də Azərbaycanın enerji siyasətində əsas istiqamətlərdən biri kimi önə çıxır. Prezident bildirib ki, qarşıdakı beş il ərzində Azərbaycanda bərpaolunan enerji mənbələri geniş şəkildə mövcud olacaq. Azərbaycanın məqsədi elektrik enerjisi istehsalında təbii qazdan istifadənin həcmini azaltmaq və qənaət olunan qazı ixraca yönəltməkdir.

Bu yanaşma enerji siyasətində iki istiqamətin paralel inkişafını göstərir: bir tərəfdən neft-qaz hasilatının artırılması, digər tərəfdən isə enerji istehsalında bərpaolunan mənbələrin payının yüksəldilməsi.

Azərbaycanın günəş və külək potensialından istifadə edilməsi gələcəkdə ölkənin enerji sisteminin strukturunu dəyişməklə yanaşı, yeni investisiya və ixrac imkanları da yarada bilər. Xüsusilə elektrik enerjisinin ötürülməsi üçün yeni infrastrukturun yaradılması bu prosesin əsas şərtlərindən biridir.

Prezidentin çıxışında elektrik enerjisi ilə yanaşı, enerjiötürücü xətlər, enerji saxlanc sistemləri və regional bağlantılar da perspektiv istiqamətlər kimi təqdim olunub. Azərbaycan artıq Mərkəzi Asiya ilə Avropa arasında enerji bağlantılarının genişləndirilməsi istiqamətində layihələr üzərində işləyir. Qara dəniz sualtı elektrik kabeli də bu baxımdan mühüm layihələrdən biridir.

Beləliklə, Azərbaycanın enerji siyasətində söhbət yalnız neft və qazdan getmir. Qarşıdakı mərhələdə elektrik enerjisi, bərpaolunan mənbələr, enerji saxlanc sistemləri və ötürücü xətlər də ölkənin regional enerji rolunun genişlənməsində mühüm yer tuta bilər.

Azərbaycan üçün digər mühüm üstünlük isə maliyyə sabitliyidir. Prezident bildirib ki, Azərbaycanın dövlət borcu ÜDM-in 20 faizini təşkil edir, xarici borcun ÜDM-ə nisbəti isə 5,6 faizdir. Dövlət başçısının sözlərinə görə, valyuta ehtiyatları xarici borcu təxminən 20 dəfə üstələyir və bu səbəbdən xarici borcu bir gündə sıfırlamaq mümkündür.

Bu göstəricilər investorlar üçün mühüm iqtisadi mesajdır. Çünki investisiya qərarlarında ölkənin təbii resursları ilə yanaşı, maliyyə vəziyyəti, borc yükü və makroiqtisadi sabitlik də nəzərə alınır.

Aşağı xarici borc dövlətə daha geniş maliyyə manevri imkanı yaradır. Qarşıdakı dövrdə enerji, bərpaolunan enerji, nəqliyyat, logistika, rəqəmsal infrastruktur və digər sahələrdə iri investisiyalara ehtiyac olduğu nəzərə alınarsa, maliyyə sabitliyi Azərbaycanın əsas üstünlüklərindən birinə çevrilə bilər.

Burada diqqətçəkən məqam Azərbaycanın investisiya siyasətinin yalnız enerji sektoru ilə məhdudlaşmamasıdır. Prezident çıxışında logistika və nəqliyyat, rəqəmsal infrastruktur, data mərkəzləri, mədənçilik və ərzaq təhlükəsizliyi kimi sahələri də potensial inkişaf istiqamətləri sırasında qeyd edib.

Bu mənada II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə yeni müqavilələrin təqdim edildiyi tədbir deyil, Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişaf modelinin hansı istiqamətlərə yönələcəyini göstərən platforma kimi də diqqət çəkir.

Əsas xətt isə kifayət qədər aydındır: Azərbaycan ənənəvi neft-qaz imkanlarını qoruyur, eyni zamanda bərpaolunan enerji, rəqəmsal infrastruktur, logistika və digər sahələr hesabına iqtisadiyyatın yeni inkişaf istiqamətlərini genişləndirməyə çalışır.

Bu baxımdan qarşıdakı dövr Azərbaycanın həm enerji resurslarından daha səmərəli istifadə etməsi, həm də yeni investisiya sahələrini formalaşdırması baxımından mühüm mərhələ ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 384
.

5 il əvvəl çıxdığı işə qayıdır?

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c

13.11.2026 376
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb

13.11.2026 267
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 274
.