"Azərbaycan heç kimin vassalı deyil!" - Türkiyədəki kampaniyaya sərt reaksiya

"Azərbaycan heç kimin vassalı deyil!" - Türkiyədəki kampaniyaya sərt reaksiyaMəlum olduğu kimi, BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri zalı tərk edib. Azərbaycan nümayəndəsinin isə zalda qalması Türkiyə sosial mediasında müzakirələrə və Azərbaycana qarşı kampaniyaya səbəb olub.

Ənənəvi olaraq yenə ölkəmizə, xalqımıza və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirilib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, mən bu hadisəni sadəcə bir neçə sosial media istifadəçisinin emosional reaksiyası kimi qiymətləndirmirəm. Çünki bu, ilk dəfə baş vermir. Eyni istiqamətdə Azərbaycana qarşı təzyiq, ittiham və yuxarıdan-aşağı münasibət nümayiş etdirən yanaşmalar zaman-zaman təkrarlanır:

"Ümumiyyətlə, prinsipial bir məsələyə aydınlıq gətirmək lazımdır.

Azərbaycan Türkiyənin düşməni deyil. Azərbaycan Türkiyənin kiçik qardaşı da deyil. Azərbaycan Türkiyənin tabeliyində olan dövlət isə ümumiyyətlə deyil. Azərbaycan müstəqil, suveren və bərabərhüquqlu dövlətdir.

Türkiyə ilə Azərbaycan arasında tarixi, milli, mədəni və mənəvi bağlar son dərəcə güclüdür. Bu münasibətlərin "bir millət, iki dövlət" ifadəsi ilə xarakterizə olunması da təsadüfi deyil. Lakin "bir millət" anlayışı "bir dövlət" demək deyil. Əksinə, iki dövlətin müstəqilliyinə, suverenliyinə və siyasi seçimlərinə hörmət edilməsi bu qardaşlığın əsas şərtidir.

Azərbaycanın Türkiyəyə qardaş deməsi öz dövlətçilik iradəsindən imtina etməsi demək deyil.

Türkiyənin də Azərbaycana qardaş deməsi Azərbaycandan bütün siyasi qərarlarını Ankaranın mövqeyinə uyğunlaşdırmağı tələb etmək hüququ yaratmır.

Azərbaycan heç kimin vassalı deyil!

Bunu ona görə deyirəm ki, mən buradan baxanda Türkiyənin Azərbaycana yanaşmasını Osmanlı-Krım xanlığı münasibətinə bənzədən yanaşmalar görürəm. Bəli, Krım xanlığı türk dövləti idi və Osmanlı ilə yaxın münasibətlərə malik idi. Lakin tarixi reallıq ondan ibarətdir ki, Krım xanlığı müəyyən dövrlərdə Osmanlı imperiyasının vassalı olub.

Azərbaycan Krım xanlığı deyil. Türkiyə də Osmanlı imperiyası deyil.

Azərbaycan Türkiyənin yanında ola bilər, Türkiyəyə dəstək verə bilər, Türkiyənin ağrısını öz ağrısı hesab edə bilər. Amma bu, Azərbaycanın hər məsələdə Türkiyənin siyasi mövqeyini təkrarlamalı olduğu anlamına gəlmir.

Qardaşlıq itaət deyil. Müttəfiqlik tabeçilik deyil. Dostluq siyasi suverenlikdən imtina etmək deyil.

Ümumiyyətlə, burada diqqətçəkən məqamlardan biri də Azərbaycanın Fələstin məsələsində tutduğu mövqedir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib. Azərbaycan "iki dövlət" həllini dəstəkləyir və Fələstin məsələsi ilə bağlı beynəlxalq platformalarda mövqeyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildən etibarən Fələstinə 2 milyon ABŞ dolları həcmində humanitar yardım ayrılıb, həmçinin təhsil və səhiyyə sahələrində dəstək layihələri həyata keçirilib.

Bu halda sual yaranır: Azərbaycanın Fələstin məsələsində atdığı addımlar niyə Türkiyə ictimaiyyətindəki müzakirələrdə nəzərə alınmır? Niyə bir diplomatın BMT zalında qalması Azərbaycan-Türkiyə münasibətlərinin bütövlükdə sorğulanmasına çevrilir?

Mən məsələni sadəcə bir qrup sosial media istifadəçisinin işi kimi görmürəm. Çünki belə yanaşmaların əvvəllər də müxtəlif formalarda ortaya çıxdığını müşahidə etmişik. Bu kampaniyanın arxasında birbaşa AKP iqtidarının dayandığı fikri də səslənir. Lakin bu, müəllif mövqeyidir və bununla bağlı ayrıca sübutların ortaya qoyulmasına ehtiyac var.

Təəssüf ki, mənim fikrimcə, AKP iqtidarı dövründə Türkiyədə dünyəvilik, dövlətçilik və xarici siyasət məsələləri ətrafında ciddi ideoloji mübahisələr yaranıb. Türkiyənin daxili siyasətində artan qütbləşmə də bu müzakirələrin fonunda xüsusi diqqət çəkir.

Bütün bunlara baxmayaraq, Türkiyə dövlət siyasəti çərçivəsində Azərbaycan ilə dost və qardaş ölkədir. İki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir və bunu dəyişdirmək niyyətində deyilik. Türkiyədə kifayət qədər mərd, Azərbaycanı sevən və iki ölkə arasındakı qardaşlığın dəyərini anlayan insanlar var.

Biz bir qrup insanın və ya müəyyən siyasi yanaşmanın mövqeyinə görə qardaşımızdan, qardaş dövlətimizdən imtina etməyəcəyik.

Amma qardaşlıq qarşılıqlı hörmət tələb edir. Türkiyədə Azərbaycanla bağlı bu cür kampaniyalar aparılırsa, Türkiyə cəmiyyətində Azərbaycanı sevən insanlar da buna səssiz qalmamalıdırlar. Tənqid etmək olar, fərqli mövqedə olmaq olar, Azərbaycanın hansısa qərarını bəyənməmək də mümkündür. Lakin bu, Azərbaycan dövlətinə və xalqına qarşı təhqirə çevrilməməlidir.

Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Onları birləşdirən isə tabeçilik deyil, bərabərhüquqlu tərəfdaşlıq, tarixi bağlar və qarşılıqlı hörmətdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməs

27.09.2026 489
.

Finlandiya Prezidenti: Tramp Ukraynada sülh üçün səylərini ikiqat artırıb

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq üçün "çox çalışdığını" bildirib. xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Stubb qeyd edib ki, ABŞ prezidenti son bir il yarım ərzində sülhə nail olmaq üçün səylərini ikiqa

10:28 112
.

Aİ-də enerji BÖHRANI: Qaz və elektrik enerjisinə qənaət gündəmə qayıtdı

"Avropa İttifaqında (Aİ) ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsirləri fonunda enerji qiymətləri artıb. Bununla əlaqədar Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyə çağırır". TASS-a istinadən xəbə

27.09.2026 914
.

Çində "varlı oğlan - kasıb qız" mövzulu seriallara məhdudiyyət

Çin hökuməti son dövrlərdə ölkədə geniş populyarlıq qazanan mikro-dramalara qarşı nəzarəti gücləndirib. Axşam.az xəbər verir ki, Çinin Dövlət Radio və Televiziya Administrasiyası mikro-dramalarda bəzi məzmunlara qarşı iki aylıq xüsusi yoxlama kampaniyasına başayıb. Yeni tədbirlər çərçivəsində seriallard

10:34 110
.

SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub

27.09.2026 560
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27.09.2026 211
.

AB-də tüstü aromatizatorlarına qadağa: Azərbaycanda da tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Avropa Birliyində qida məhsullarına tüstü dadı və ətri verilməsi ilə bağlı qaydalar sərtləşdirilib. AB Komissiyasının qərarına əsasən, təhlükəsizlik qiymətləndirmələrindən sonra bir sıra tüstü aromatizatorlarının ("smoke flavourings") icazəsi yenilənməyib. Bu məhsulların qida sənayesində istifadəs

10:53 136
.

Keşişi öldürüb 4 nəfəri yaralayan şəxs saxlanıldı

Polşada keşişi öldürən və daha dörd nəfəri yaralayan Ukrayna vətəndaşı həbs edilib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Hadisə Polşanın Subkarpat voyevodalığındakı Yaroslav abbatlığının ərazisində baş verib. Hadisə nəticəsində keşiş həyatını itirib, dörd nəfər isə yaralanıb. Yaralılarda

11:08 81
.

İmişli Şəkər Zavodunda yanğın oldu

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. BİG.AZ xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatl

10:11 122
.