AB-də tüstü aromatizatorlarına qadağa: Azərbaycanda da tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

AB-də tüstü aromatizatorlarına qadağa: Azərbaycanda da tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAAvropa Birliyində qida məhsullarına tüstü dadı və ətri verilməsi ilə bağlı qaydalar sərtləşdirilib. AB Komissiyasının qərarına əsasən, təhlükəsizlik qiymətləndirmələrindən sonra bir sıra tüstü aromatizatorlarının ("smoke flavourings") icazəsi yenilənməyib. Bu məhsulların qida sənayesində istifadəsi üçün müəyyən edilən keçid müddəti bir sıra qida kateqoriyaları üzrə 1 iyul 2026-cı ildə başa çatıb. Ət, pendir və bəzi balıq məhsulları üçün isə daha uzun - 2029-cu ilədək keçid müddəti nəzərdə tutulub.

Bu qərar Azərbaycanda da sual yaradır: AB-də tətbiq olunan bu məhdudiyyətlər ölkəmizdə də gündəmə gətirilə bilərmi və yerli qida istehsalında tüstü aromatizatorlarından istifadə hansı səviyyədədir? Eyni zamanda, belə maddələrin insan sağlamlığı baxımından riskləri və Azərbaycanda onların təhlükəsizliyinə nəzarətin necə həyata keçirildiyi məsələsi də aktuallaşır.
AB-də tüstü aromatizatorlarına qadağa: Azərbaycanda da tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı "JAFAROV" kanalının rəhbəri, qida eksperti Elşən Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, duman aromatizatorları ilə bağlı narahatlıq: Avropa İttifaqında 8 məhsulun icazəsi yenilənmədi

Mən qida məhsulları üzrə bloqer və araşdırma aparan kontent müəllifi kimi hesab edirəm ki, Azərbaycanda da bu məsələyə diqqət yetirilməlidir.

Avropa İttifaqında 2024/2067 saylı Komissiya İcra Reqlamenti ilə SF-001, SF-002, SF-003, SF-004, SF-005, SF-006, SF-008 və SF-009 daxil olmaqla səkkiz ilkin duman aromatizatorunun əvvəlki icazəsi yenilənməyib. Bu qərar Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) təhlükəsizlik qiymətləndirmələrindən sonra qəbul edilib.

EFSA 2023-cü ildə bu səkkiz duman aromatizatorunu qiymətləndirərkən mövcud elmi məlumatlara əsasən heç biri üzrə genotoksikliklə bağlı narahatlığı istisna edə bilməyib. Genotoksiklik hüceyrələrin genetik materialına, yəni DNT-yə zərər vurma potensialı ilə bağlı təhlükədir.

Bəzi komponentlərlə bağlı isə daha konkret narahatlıqlar mövcuddur. Məsələn, EFSA-nın məlumatlarında bəzi tüstü aromatizatorlarının tərkibində genotoksik potensiala malik komponentlərin olduğu qeyd edilir.

Bu səbəbdən mən hesab edirəm ki, məsələ yalnız Avropa İttifaqı ilə məhdudlaşmamalıdır.

Azərbaycanda da kolbasa, sosiska, hisə verilmiş ət məhsulları, balıq və digər qida məhsullarında istifadə olunan duman aromatizatorlarının hansı maddələrdən ibarət olduğu və onların insan sağlamlığı üçün uzunmüddətli risklərinin nə qədər olduğu araşdırılmalıdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, söhbət ənənəvi üsulla ətin və ya balığın tüstüdə çəkilməsinin qadağan edilməsindən getmir. Söhbət məhsula tüstü dadı və qoxusu vermək üçün əlavə edilən "smoke flavouring" - duman aromatizatorlarından gedir. EFSA bu maddələrin ət, balıq və pendir kimi məhsullarda istifadə oluna bildiyini bildirir.

Mənim fikrimcə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar bu məsələyə ayrıca diqqət yetirməli, Azərbaycan bazarında satılan məhsullarda istifadə olunan duman aromatizatorlarının tərkibini və təhlükəsizliyini araşdırmalıdır.

Əgər Avropa İttifaqı elmi qiymətləndirmədən sonra müəyyən duman aromatizatorlarının icazəsini yeniləməyibsə, Azərbaycanda da istehlakçıların sağlamlığının qorunması baxımından eyni maddələrin istifadəsinə yenidən elmi və toksikoloji qiymət verilməsini məqsədəuyğun hesab edirəm.

Mən xüsusilə xərçəng və digər xroniki xəstəliklərlə bağlı məsələni də araşdırmağın vacib olduğunu düşünürəm. Lakin burada elmi baxımdan düzgün yanaşma konkret məhsul və konkret maddə üzrə riskin ayrıca qiymətləndirilməsidir. Hazırkı EFSA məlumatları bütün duman aromatizatorlarının və ya bütün bu maddələri ehtiva edən qidaların birbaşa xərçəng yaratdığını sübut etmir; əsas narahatlıqlardan biri genotoksiklik potensialıdır.

Mənim təklifim sadədir: Azərbaycanda da bu maddələr üzrə müstəqil elmi-toksikoloji araşdırma aparılsın və istehlakçıların sağlamlığı baxımından zəruri hesab edilərsə, onların istifadəsinə məhdudiyyət və ya qadağa tətbiq edilsin.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs

Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq

13.11.2026 247
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 384
.

5 il əvvəl çıxdığı işə qayıdır?

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c

13.11.2026 376
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 240
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb

13.11.2026 267
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 274
.