Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosial şəbəkəsində yazıb.
"Sədr Si və xanım Pen indicə Vaşinqtonu tərk etdilər və Çinə yola düşürlər. Görüş həm Çin, həm də ABŞ üçün dostluq, güc və uğur ruhunda keçdi. Biz noyabrda Çində, daha sonra isə dekabrda Mayamidə G20 sammitində yenidən görüşəcəyik. Çox şey əldə edilib və ediləcək. Mən növbəti görüşümüzü səbirsizliklə gözləyirəm!", - Tramp qeyd edib.
Si Cinpin isə öz növbəsində Trampla birlikdə Çin və ABŞ arasındakı münasibətlər tarixinə parlaq səhifə yazmağa hazır olduğunu bildirib.
"Mən Prezident Trampla birlikdə, tarix qarşısında cəsarət və məsuliyyət nümayiş etdirərək, Çin-ABŞ münasibətlərinin inkişaf tarixinə birgə parlaq səhifə yazmağa hazıram", - "Xinhua" agentliyi Çin liderinin sözlərini sitat gətirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 94 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
00:18 201 Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"
Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf
11:15 161 Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
14:40 136 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol
11:30 153 Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib
Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir. "Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib. "Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbə
10:45 144 Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
İspaniyada ana və yetkin yaşda olan qızı təxminən iki il ailə başçısının meyiti ilə eyni evdə yaşayıblar. Dəhşətli hadisə Barselona yaxınlığındakı Kabrera-Danoya bələdiyyəsində aşkarlanıb. BİG.AZ -a istinadən bildirir ki, Kan-Formiqa yaşayış massivinin sakinləri vəziyyətdən şübhələnərək polisə müraciə
13:10 175 27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB
Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətil
13:59 190 Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
12:50 144 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
Sosial şəbəkələrdə sevgilisinə etibar etməyənləri hədəf seçən və 100-150 manat ödəməklə başqasının mesajlarını oxumağın mümkün olduğunu deyən haker xidmətləri getdikcə yayılır. Bəs bu prosesi həyata keçirmək texniki olaraq nə dərəcədə mümkündür?. Baku TV-yə istinadla xəbər verir ki, İnformasiya Texnologiyalar
13:20 173