ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"

ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır""Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər".

Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni respirator patogenin ortaya çıxması ehtimalıdır. Bu isə öz növbəsində COVID-in yaratdığı nəticələrlə eyni nəticələrə səbəb ola bilər", - deyə o bildirib.

Qebreyesusun fikrincə, yeni pandemiyanın baş verməsi qaçılmazdır və bu, sadəcə zaman məsələsidir.

"Gələcək pandemiya "əgər" deyil, "nə zaman" məsələsidir", - deyə o vurğulayıb.

ÜST rəhbəri Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasının xəstəliyin istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, təkcə yerli icmalar üçün deyil, həm də qonşu ölkələr və bütövlükdə dünya üçün təhlükə yarada biləcəyini xatırlatdığını qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 101   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

12:09 173
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xəta

00:21 401
.

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira

11:00 145
.

Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib. "Report" xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosia

16:40 119
.

ABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər

ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya

16:30 127
.

Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI: Hakerlər pul tələb edirlər

Niderlandın "Flink" çatdırılma xidmətinin bir milyondan çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb. xəbər verir ki, məlumatı NU.nl saytı yayəb. Bəzi müştərilər sonradan ödəniş tələbi ilə məktublar alıblar. Özünü "LPG Group" adlandıran hakerlər müştərilərdən təxminə

18:30 80
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

11:15 162
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

10:00 137
.

Aİ-dən Ukraynaya milyardlıq HƏRBİ DƏSTƏK

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar. xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına

15:20 138
.