Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq
"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrdə mütəxəssis tələbatı barədə suallar yaranır. Xüsusilə süni intellektin "Dizaynerlik" kimi bir sıra peşələrə təsir etdiyi dövrdə yeni istiqamətlərin "gələcəyin peşəsi" kimi təqdim olunması onların həqiqətən perspektivli olub-olmadığını gündəmə gətirir.
Azərbaycanda bu peşələrə tələbat hansı səviyyədədir və bu sahədə çalışan şəxslər üçün uzunmüddətli karyera imkanı varmı?
Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Ramin Nurəliyev bildirir ki, Dövlət Məşğulluq Agentliyi gələcəkdə əmək bazarında hansı sahələrə daha çox ehtiyac yaranacağını müəyyən edir və bu istiqamətdə təkliflər irəli sürür.
Hazırda təklif olunan peşələr arasında gələcəyə hesablanmış bir sıra sahələr var və onlardan biri barista peşəsidir:
"Barista xüsusi qəhvə hazırlayan və qəhvə aparatları ilə işləmək bacarığına malik mütəxəssisdir. Azərbaycan getdikcə inkişaf edir, turizm sahəsi genişlənir. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı, həmçinin "Sea Breeze" layihəsində turizmin güclü şəkildə inkişaf etməsi ilə barista mütəxəssislərinə ehtiyacın artacağı ehtimal olunur.
Xarici təcrübədən də görürük ki, turizm və xidmət sahələrində baristalara tələbat yüksəkdir. Bu istiqamətdə ixtisaslaşan şəxslər yaxşı əməkhaqqı da əldə edə bilirlər. Ona görə Azərbaycanda da bu sahəyə ehtiyacın artacağını düşünürəm".
IoT cihazların internetə qoşulmasını nəzərdə tutur
Ekspert hesab edir ki, hazırda televizor və digər cihazların internetə qoşulması, internet resurslarından istifadə etməsi istiqamətində mütəxəssislərə ehtiyac var:
"Digər mühüm istiqamət isə mobil tətbiq və saytların dizaynının hazırlanmasıdır (UI/UX). Burada söhbət mobil tətbiqlərin, elektron cihazların və saytların dizaynını formalaşdıran mütəxəssislərdən gedir. Bu mütəxəssis həm görünüşü formalaşdırır, həm də istifadə baxımından rahat və diqqət cəlb edən dizayn yaradır. Sayt və ya tətbiqin həm görünüş, həm də istifadə baxımından cəlbedici olması insanların ondan istifadə istəyinə təsir edir. Bu istiqamətlər üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən də müxtəlif təlimlər təşkil olunur".
Qeyd edək ki, "PeşəFest-2026" çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqaməti müəyyən edilib.
Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, Əşyaların İnterneti (IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizaynerdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 522 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 471 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 352 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 327 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1096 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 257 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 417 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 728 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 750 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
09.11.2026 254