COP31-də Əliyev-Ərdoğan görüşü: Strateji müttəfiqliyin növbəti nümayişi

COP31-də Əliyev-Ərdoğan görüşü: Strateji müttəfiqliyin növbəti nümayişiCOP31 çərçivəsində Türkiyənin Antalya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi səmimi münasibət və siyasi yaxınlıq adi diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin beynəlxalq platformada nümayişidir.
Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub. Antalya hava limanında dövlət başçımızın yüksək səviyyədə qarşılanması, daha sonra COP31 Liderlər Sammitində Türkiyə Prezidenti və BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən şəxsən qarşılanması Azərbaycanın beynəlxalq nüfuzunun və Türkiyə ilə münasibətlərinin siyasi əhəmiyyətinin göstəricisidir.
Eyni zamanda, COP31-in açılışında Rəcəb Tayyib Ərdoğanın əvvəlki COP sədrliklərinin təcrübəsini bölüşdüklərinə görə Azərbaycan və Braziliyaya təşəkkür etməsi xüsusi diqqətə layiqdir. Bu, Azərbaycanın COP29 çərçivəsində qazandığı təcrübənin və qlobal iqlim diplomatiyasına verdiyi töhfənin Türkiyə tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Burada söhbət yalnız iki dövlət başçısının şəxsi münasibətlərindən getmir. Eyni zamanda, iki ölkə arasında formalaşmış möhkəm siyasi iradənin, qarşılıqlı etimadın və ortaq strateji maraqların təzahürünü görürük. Azərbaycan-Türkiyə münasibətləri artıq sadəcə dostluq və tərəfdaşlıq əlaqələri deyil. Şuşa Bəyannaməsi ilə bu münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib və regional təhlükəsizlik məsələlərində də özünü göstərir.
Bu məqamda Türkiyə Prezidentinin noyabrın 8-də Azərbaycana, o cümlədən Şuşa və Xankəndiyə səfərini də xatırlatmaq lazımdır. Rəcəb Tayyib Ərdoğanın Zəfər abidəsinin önünə əklil qoyması, Xocalı Soyqırımı Memorialını ziyarət etməsi və təltif olunmuş hərbi qulluqçularla görüşü Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi-siyasi əsaslarının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu səfərdən cəmi iki gün sonra Azərbaycan Prezidentinin COP31 çərçivəsində Türkiyədə iştirakı və iki liderin beynəlxalq platformada bir araya gəlməsi münasibətlərin davamlılığını və siyasi koordinasiyasını göstərən mühüm məqamdır.
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
COP31-də Əliyev-Ərdoğan görüşü: Strateji müttəfiqliyin növbəti nümayişiEkspert qeyd edib ki, bu görüntülərin beynəlxalq ictimaiyyətə verdiyi mesaj kifayət qədər aydındır: Azərbaycan və Türkiyə bir-birinin yanında olan, ortaq maraqlarını uzlaşdıran və regionun gələcəyinə dair məsələlərdə koordinasiyalı mövqe nümayiş etdirən iki müttəfiq dövlətdir.
Məsələnin Cənubi Qafqaz kontekstində də xüsusi əhəmiyyəti var. Hazırda regionda yeni geosiyasi reallıqlar formalaşır. Azərbaycan postmüharibə dövründə regionun siyasi və iqtisadi gündəliyinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Türkiyə isə Azərbaycanın strateji müttəfiqi kimi bu proseslərdə xüsusi çəkiyə malikdir. İki ölkənin siyasi, iqtisadi, hərbi və nəqliyyat sahələrində əməkdaşlığı regional proseslərə təsir göstərən əsas amillərdəndir.
Təbii ki, bu münasibətlər Ermənistanın da diqqətindən kənarda qala bilməz. Ermənistan anlamalıdır ki, regionda davamlı sülhə, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığa nail olmaq üçün mövcud reallıqlar nəzərə alınmalı, qarşılıqlı etimad və suverenliyə hörmət prinsipləri əsas götürülməlidir. Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi amillərdən biridir.
Digər tərəfdən, COP31 platforması göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız regional təhlükəsizlik və siyasi məsələlərlə məhdudlaşmır. İqlim diplomatiyası, enerji keçidi, yaşıl iqtisadiyyat və beynəlxalq ekoloji təşəbbüslər də iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycanın COP29-a, Türkiyənin isə COP31-ə ev sahibliyi etməsi bu sahədə təcrübə mübadiləsi və təşəbbüslərin davamlılığı baxımından əhəmiyyətlidir.
Eyni zamanda, iki liderin nümayiş etdirdiyi birlik regionun digər güc mərkəzlərinə də Azərbaycan-Türkiyə müttəfiqliyinin uzunmüddətli və strateji xarakter daşıdığı mesajını verir. Lakin bu əməkdaşlıq hər hansı dövlətə qarşı yönəlmiş siyasət kimi qiymətləndirilməməlidir. Əksinə, regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Hesab edirəm ki, COP31-də iki liderin nümayiş etdirdiyi səmimiyyətin əsas siyasi mahiyyəti məhz bundan ibarətdir: Azərbaycan və Türkiyə regionun gələcəyinə dair məsələlərdə ortaq strateji baxışa malikdirlər. Bu birlik həm də dünyaya göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı dəyişən beynəlxalq siyasi şəraitdə belə öz möhkəmliyini qoruyur.
Bu, sadəcə iki prezidentin səmimi görüntüsü deyil, iki dövlətin strateji müttəfiqliyinin, qarşılıqlı etimadının və ortaq siyasi iradəsinin beynəlxalq aləmə nümayişidir", - deyə Bəhruz Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 74   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 302
.

Azərbaycan və Türkiyə - Sarsılmaz qardaşlıq

Qardaş Türkiyə bu gün nəinki regionda baş verən siyasi və geosiyasi proseslərdə, eyni zamanda, qlobal miqyasda mühüm qərarların qəbulunda söz sahibi olan dövlətlərdən biridir. Türkiyənin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi gücünün artması, regional və dünya siyasətində mövqelərinin möhkəmlənməsi

10:40 164
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 292
.

Tbilisi meri: Rusiyaya qarşı sanksiyalar Gürcüstan iqtisadiyyatına zərər vura bilər

Gürcüstanın Avropa İttifaqının (Aİ) tələbi ilə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ölkə üçün zərərli olacaq. xəbər verir ki, bunu Tbilisi meri, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze "Imedi TV"yə müsahibəsində bildirib. "Onlar biz

10:58 181
.

Şuşadan təxribatçılara göndərilən sərt mesaj

Azərbaycan - Türkiyə münasibətləri növbəti dəfə öz gücünü, sarsılmazlığını və siyasi iradəyə söykəndiyini nümayiş etdirdi. Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, iki gün sonra Azərbaycan Prezidenti İlham Əliyevin COP31 Liderlər Sammitind

10:51 182
.

Fil motosikletli kişini tapdalamağa çalışdı

Hindistanda vəhşi fil motosikletli kişiyə hücum edərək onu tapdalamağa çalışıb. Ətrafdakı sakinlərin qışqıraraq müdaxilə etməsindən sonra fil hadisə yerindən uzaqlaşıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Hindistanda baş verən hadisə zamanı vəhşi fil motosikletli kişinin üzərinə yeriyərək on

11:24 190
.

Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti: dəyişən dünya nizamı və Azərbaycanın artan strateji əhəmiyyəti

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların dərinləşdiyi, qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı və dövlətlər arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyət qazandığı bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti diqqət mərkəzindədir. Noyabrın 12-də İrlandiyanı

14:43 50
.

Ər-Riyad hava limanı raket hücumuna məruz qalıb

Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini açıqlayıblar. xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Saria "Al Masirah" telekanalına müsahibəsində bildirib. "Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadl

10:41 175
.

Azərbaycan və Türkiyə qardaşlığı əbədidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Bakı-Ankara münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıqdan ibarət olmadığını bir daha nümayiş etdirdi. Bu qarşılıqlı səfərlər iki dövlət arasında mövcud olan qardaşlığın, strateji müttəfiqliyi

10:56 174
.