Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb.
Söhbət sifonofor adlanan dəniz canlısından gedir. İlk baxışdan vahid orqanizm təsiri bağışlasa da, əslində bu, minlərlə kiçik fərddən ibarət koloniyadır.
Nəhəng canlı 2020-ci ilin yazında Avstraliyanın qərb sahillərində, Ninqalu sualtı kanyonları ərazisində aparılan elmi ekspedisiya zamanı qeydə alınıb. Şmidt Okeanologiya İnstitutuna məxsus "R/V Falkor" tədqiqat gəmisi həmin ərazidə bir ay davam edən araşdırmalar aparıb.
Ekspedisiya çərçivəsində "SuBastian" adlı uzaqdan idarə olunan sualtı robot 20 dəfə suya endirilib və 4 500 metr dərinliyədək tədqiqat aparıb. Robot ümumilikdə 181 saat dəniz dibinin yaxınlığında fəaliyyət göstərib.
2020-ci il aprelin 6-da alimlər sifonoforun görüntülərini ictimaiyyətə təqdim ediblər. "Apolemia" cinsinə aid olan canlı nəhəng, yastı spiral formasında bükülmüş vəziyyətdə olub. Tədqiqatçılar onun görünüşünü spiralvari uçan naməlum obyektə bənzədiblər.
Robotun operatorları spiralın xarici halqasının diametrini təxminən 15 metr, uzunluğunu isə 47 metr qiymətləndiriblər. Canlının ümumi uzunluğu rəsmi şəkildə ölçülməsə də, institut nümayəndəsinin sözlərinə görə, bu göstərici 120 metrə yaxın ola bilər.
Müqayisə üçün qeyd edək ki, dünyanın ən böyük heyvanı hesab edilən mavi balinanın uzunluğu təxminən 30 metrdir. Beləliklə, aşkarlanan sifonoforun spiralının xarici halqası belə mavi balinanın uzunluğunu xeyli üstələyir. Bununla belə, sifonoforun kütləsi balinanın çəkisi ilə müqayisə edilə bilməz.
Sifonofor necə canlıdır?
Sifonoforlar meduzalar və mərcanlarla qohum olan dəniz orqanizmləridir. Onların əsas xüsusiyyəti bir-biri ilə sıx əlaqədə yaşayan çoxsaylı kiçik fərdlərdən - zoyidlərdən təşkil olunmalarıdır.
Koloniyadakı hər bir fərd müəyyən funksiyanı yerinə yetirir: bəziləri hərəkətə, digərləri qidalanmaya, ovun zəhərlənərək tutulmasına və ya çoxalmaya cavabdehdir. Bu kiçik fərdlər vahid sistem kimi fəaliyyət göstərərək bütöv bir canlı təəssüratı yaradır.
Sifonoforların ən tanınmış nümayəndələrindən biri Portuqaliya gəmiciyidir. Görünüşünə görə çox vaxt meduza ilə qarışdırılan bu canlı da əslində koloniyadır və zəhərli bığcıqları vasitəsilə ovunu tutur.
Alimlər spiral formasının sifonoforun qidalanması ilə əlaqəli olduğunu bildirirlər. Onun bığcıqları kiçik xərçəngkimiləri, balıqları və hətta digər sifonoforları tutmağa imkan verir.
Ekspedisiya zamanı tədqiqatçılar Qərbi Avstraliya sahillərində 30-dək yeni növ aşkarlamış ola biləcəklərini də ehtimal edirlər. Tapıntılar arasında ilk dəfə müşahidə edilən kalmar növü, şüşə süngər koloniyaları və nəhəng hidralar da var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 72 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 215 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
18:22 0 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
20:00 1 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
17:50 83 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
22:00 1 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 232 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11:29 236 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11:59 224 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0