Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo" məlumat yayıb.
Mütəxəssis bildirir ki, tanışlıq tətbiqlərinin geniş yayılması insanlara çoxsaylı seçimlər təqdim etsə də, bu, dərin və davamlı münasibət qurmağı asanlaşdırmır. Fransanın Ifop institutunun araşdırmasına əsasən, tanışlıq platformalarından istifadə edənlərin 57 faizi yazışmadan real görüş mərhələsinə keçə bilir. Deməli, əsas problem tanışlıq imkanlarının azlığı deyil, münasibətlərin inkişafına mane olan psixoloji amillərdir.
30 yaşda yaranan təzyiq
Psixiatrın sözlərinə görə, 30 yaş ətrafında insanlar həyatlarının cəmiyyətin müəyyən etdiyi gözləntilərə uyğun olub-olmadığını daha çox düşünməyə başlayırlar. Ailə qurmaq, övlad sahibi olmaq və yaşıdlarından geri qalmamaq istəyi münasibət axtarışına əlavə gərginlik gətirir.
Belə vəziyyətdə hər tanışlıq adi ünsiyyət deyil, gələcəyi müəyyənləşdirəcək ciddi sınaq kimi qəbul edilə bilər. Halbuki Ifop-un məlumatına görə, tanışlıq tətbiqlərində qeydiyyatdan keçən 30 yaşdan yuxarı qadınların 80 faizi ən azı bir görüşdə iştirak edib. Bu da çətinliyin uyğun insanla qarşılaşmaq imkanından daha çox, nəticə ilə bağlı narahatlıqdan qaynaqlandığını göstərir.
50 yaşdan sonra yeni başlanğıc
50 yaşdan sonra münasibət qurmaq məsələsi fərqli səbəblərdən mürəkkəbləşir. Boşanma, həyat yoldaşını itirmək və övladların ailədən ayrılaraq müstəqil həyata başlaması insanın şəxsi həyatında ciddi dəyişikliklər yarada bilər.
Kolombel qeyd edir ki, bu dövrdə tənhalıq qorxusu, qocalmaqla bağlı narahatlıqlar və sosial ünsiyyət imkanlarının azalması yeni münasibətlərə başlamağa mane ola bilər.
Xüsusilə uzun illər birlikdə yaşadığı həyat yoldaşını itirən insanlar üçün yenidən sevgi münasibətinə başlamaq asan deyil. Mütəxəssisin fikrincə, bəzi şəxslər yeni münasibəti mərhum həyat yoldaşına xəyanət və ya onu əvəzləmək kimi qəbul edə, bu səbəbdən özlərini emosional baxımdan yeni birliktəliyə hazır hiss etməyə bilərlər.
Fransanın Drees qurumunun statistikası da bu məsələdə qadın və kişilər arasında fərq olduğunu göstərir. Məlumata görə, həyat yoldaşını itirdikdən beş il sonra dul kişilərin yarıdan çoxu yenidən münasibət qurduğu halda, qadınlarda bu göstərici təxminən hər beş nəfərdən biridir.
Cəmiyyətin yaratdığı yanlış təsəvvür
Psixiatrın qənaətinə görə, 30 və 50 yaşlarında münasibət qurmağı çətinləşdirən ortaq amillərdən biri cəmiyyətin romantik münasibətləri əsasən gənclik dövrü ilə əlaqələndirməsidir.
Mediada 50 yaşdan sonra da xoşbəxt sevgi münasibətlərinin mümkünlüyünü göstərən nümunələrin az olması insanlarda bu yaşdan sonra yeni münasibət üçün gecikdikləri düşüncəsini yarada bilər.
Mütəxəssis hesab edir ki, bu maneələri aşmaq üçün yaşla bağlı sərt stereotiplərdən uzaqlaşmaq və şəxsi həyatın hər mərhələsində yeni münasibətlərə açıq olmaq vacibdir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 138 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1628 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 529 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 290 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 510 Turlar.az - Turizm elanları saytı
saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə
03.11.2026 686 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 594 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 291 14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 497 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 703