Media qurumlarına 68,4 milyon ayrılır
"2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb".
BiG.AZ xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu, 2025-ci ilin icrası ilə müqayisədə isə 116 milyon manat və ya 22 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 39 faiz artıb. Həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin növbəti ildə saxlanılması ilə bağlı xərclər üçün 13,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 20 faiz çoxdur.
Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait proqnozlaşdırılıb. Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub.
Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb. Bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb", - nazir müavini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 50 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOP31-də Əliyev-Ərdoğan görüşü: Strateji müttəfiqliyin növbəti nümayişi
COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi səmimi münasibət və siyasi yaxınlıq adi diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığının və stratej
14:36 106 Azərbaycanda şəxsi məlumatlarımız təhlükəsizdirmi? - Kiber təhdidlər artır
Rəqəmsal texnologiyaların sürətli inkişafı və gündəlik xidmətlərin internet üzərindən həyata keçirilməsi şəxsi məlumatların təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Bu gün istifadəçiləri düşündürən əsas suallardan biri də budur: rəqəmsal platformalarda paylaşdığımız şəxsi məlumatlar nə dərəcəd
11:42 184 2027-cı ildə Bakıda mənzil qiymətləri artacaq, yoxsa düşəcək?
Mənim qənaətimə görə, 2027-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi üçün fundamental iqtisadi əsaslar hələlik kifayət qədər formalaşmayıb. Daha real ssenari mənzil qiymətlərinin artımını davam etdirməsi, lakin bu artımın bazarın ayrı-ayrı seqmentlərində fərqli templərl
11:31 194 DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas
11.11.2026 302 Dublində 50-yə yaxın ölkənin liderləri bir araya gəlir: Azərbaycan üçün mühüm məsələlər müzakirə olunacaq
İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (ASB) sammitinə start verilib. Görüşdə Avropa ölkələri ilə yanaşı, digər tərəfdaş dövlətləri təmsil edən 50-yə yaxın ölkənin liderləri iştirak edir. Kanada da sammitə xüsusi qonaq qismində dəvət olunub. xəbər verir ki, Dublin Konqres Mərkəzind
14:44 92 Azərbaycan və Türkiyə qardaşlığı əbədidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Bakı-Ankara münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıqdan ibarət olmadığını bir daha nümayiş etdirdi. Bu qarşılıqlı səfərlər iki dövlət arasında mövcud olan qardaşlığın, strateji müttəfiqliyi
10:56 177 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi digər məlumata görə, Türkərdən şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA
11:29 235 Azərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xəbər verir ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin birinc
10:44 163 General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
10:19 276