ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotlar yaxınlıqlarında naməlum obyekt müşahidə ediblər.
NUFORC-un məruzəsinə əsasən, onlar dərhal ən yaxın hava limanının dispetçeri ilə əlaqə saxlayaraq gördükləri mənzərəni təsvir ediblər. Təyyarə təxminən 12 min metr hündürlükdə uçarkən pilotlar onlardan bir kilometr yuxarıda uzunluğu on metrə çatan hamar, gümüşü rəngli obyekt gördüklərini deyiblər.
Naməlum uçan obyekt uzunsov həb formasında olub. Onun səthində heç bir bükülmə və ya qat yeri diqqət çəkməyib. Bununla belə, hava gəmisinin toqquşma xəbərdarlığı sistemi işə düşməyib. Pilotların məlumat verdiyi dispetçer isə radar ekranlarında heç bir obyekt aşkarlamadığını bildirib.
Uçuş heyətinin üzvlərindən birinin ehtimalına görə, UNO onların keçməyə çalışdığı fırtına buludlarının arasından çıxıb. Onun fikrincə, təyyarənin mühərriklərinin buzlaması və güclü turbulentlik kimi hava şəraitində bu cisim hava şarı ola bilməzdi.
ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsi NUFORC tərəfindən tənqidlərə məruz qalıb. Belə ki, naməlum obyektlə bağlı məlumatların digər müvafiq orqanlara ötürülməsinə dair heç bir sübut yoxdur.
NUFORC ekspertlərinin qənaətinə görə, bu cür laqeyd yanaşma və hadisənin araşdırılmaması ümumi uçuş təhlükəsizliyini risk altında qoyur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 145 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
15:00 199 83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu
Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl
25.10.2026 477 Ustalar.Az - Usta təmiri, usta sifarişi
Usta təmiri, usta sifarişisözləri internetdə ən çox axtarılan sözlər sırasındadır. Dövrümüzdə texnikalar nə qədər inkişaf etsələr də, onların müəyyən müddət işləndikdən sonra xarab olmaq ehtimalları var. Bu, televizorlara, kondisionerlərə, soyuduculara, paltaryuyan maşınlara, qabyuyan maşınlara və digə
28.10.2026 853 Nigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir
Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb
25.10.2026 483 Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür
00:33 369 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
14:50 211 Qarpızı, balqabağı və ananası qabıqlı yeyin!
Britaniyalı tədqiqatçılar meyvə və tərəvəzlərin zibilə atılan qabıq, toxum və gövdələrinin zəngin lif mənbəyi olduğunu sübut ediblər. Əhalinin cəmi 4 faizinin gündəlik 30 qramlıq lif normasını ödədiyini vurğulayan mütəxəssislər insanları qırağa atılan hissələri istehlak etməyə çağırırlar. "Qafqazinfo"
30.10.2026 418 Hamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi
Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test
25.10.2026 487 Bu ölkədə günəbaxanları duzlu su ilə suvarırlar - Qeyri-adi TƏCRÜBƏ
Misirdə kənd təsərrüfatı sahəsində qeyri-adi təcrübəyə başlanılıb. Alimlər və fermerlər günəbaxan bitkisini şirin su əvəzinə duzlu su ilə yetişdirməyin mümkünlüyünü araşdırırlar. xarici mediaya istinadən xəbər verir ki, Misir duz qarışığı olan quyu suyundan istifadə etməklə yağlıq günəbaxan yetişdirilməs
25.10.2026 459