Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMAGələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək. 2500 manatdan 8000 manatadək olan gəlirlər üzrə isə 125 manat və 2500 manatdan çox olan məbləğin 10 faizi tutulacaq. Aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat və 8000 manatdan artıq olan məbləğin 14 faizi gəlir vergisinə cəlb ediləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyd edib ki, 2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisində sistemli şəkildə vergi dərəcələrinin tətbiqinə başlanılıb:
"Nəzərə alsaq ki, hazırda fiziki şəxslərin gəlirindən 3 faiz vergi tutulur, 2 500 manatdan çox olan hissə isə 3 faiz dərəcə ilə vergiyə cəlb edilir. Növbəti ildən bu rəqəm 5 faiz, 2028-ci ildə isə 7 faiz olacaq. Əslində, mərhələli vergi tutmada da məqsəd ondan ibarət idi ki, biznes buna praktiki olaraq hazırlaşsın və xüsusilə qeyri-rəsmi məşğulluğun yaranmasının qarşısı alınsın. Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunan zaman da məhz bu məsələni müzakirə etmiş və eyni zamanda dəstəkləmişdik. Çünki mərhələli keçid birmənalı şəkildə biznesin prosesə hazırlaşmasına imkan yaradır".

Vüqar Bayramovun sözlərinə görə, bu kontekstdə, təbii ki, növbəti ildə 2 faiz bəndi həcmində gəlir vergisinin dərəcəsində artım olacaq:

"Sözsüz ki, buna uyğun olaraq, bütövlükdə biznesin dəstəklənməsi və digər xərclərin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Amma gələn ildən tətbiq ediləcək vergi dərəcələri artıq ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Bu, xüsusən də gəlir vergisində özəl və qeyri-neft sektorunda mərhələli vergi dərəcələrinin tətbiqi anlamına gəlir. 2028-ci ildə 7 faiz dərəcəsi tətbiq olunduqdan sonra isə bu proses başa çatacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 90   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı

26.09.2026 246
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26.09.2026 149
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

00:29 80
.

İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var

İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır

26.09.2026 151
.

Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisini

26.09.2026 153
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26.09.2026 310
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. BİG.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımın

26.09.2026 202
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26.09.2026 188
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərin

26.09.2026 128
.