Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDUBakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki "Le Jardin" restoranının qarşısında düşürüb. Qadınlar düşəndən sonra onlardan birinin əl çantası arxa oturacaqda qalıb. Zərərçəkən dəfələrlə Nizamiyə zəng etsə də, sürücü cavab verməyib və qadının əşyasını ələ keçirib.

Faktla bağlı zərərçəkənin şikayəti ilə N. Orucov saxlaxnılıb və barəsində müvafiq protokol tərtib olunub.

Nizaminin sözlərinə görə, qadınları düşürəndən sonra arxa oturacaqda çanta olduğunu görüb. Bundan sonra çantanın sahibi dəfələrlə ona zəng edib. O bildirib ki, səfər zamanı həmin xanımların davranışlarını bəyənmədiyi üçün zəngi açmayıb və çantanı zibilliyə atıb. Nizami çantanın içərisində nə olduğunu bilmədiyini və əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən xanım isə çantasının içərisində 200 manat pul, göz linzası, avtomobilinin açarı, telefon adapteri və kosmetik əşyalar olduğunu deyib.

Məhkəmənin qərarı ilə Nizami Orucov 1 ay müddətinə inzibati qaydada həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 96   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə dərc olunacaq

Ermənistan hakimiyyəti gələn həftə yeni Konstitusiya layihəsini dərc etməyi, bundan sonra isə sənədlə bağlı ictimai müzakirələr və dinləmələr keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə Sputnik Ermənistan "Joqovurd" qəzetinə istinadən məlumat yayıb. Məlumata görə, sənəd dərc olunduqda

10:21 205
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

15:10 152
.

Başqasının adına olan evdə yaşayan şəxsin hüquqları nələrdir?

Mülkiyyət hüququ şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini ifadə edir. İstifadə hüququ isə müəyyən hüquqi əsaslar olduqda başqa şəxsə məxsus yaşayış sahəsində yaşamaq və həmin əmlakdan qanuni qaydada faydalanmaq imkanı yaradır. Bu iki hüquq eyn

11:39 229
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

17:39 10
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

18:30 1
.

Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başa çatmasından sonra sülhün əbədi olmasını istədiklərini bildirib. APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya lideri Trampın xüsusi nümayəndələri ilə görüşdə Ukraynada xarici qoşunların yerləşdirilməsi ehtimalına da münasibət bildirib. "Ukraynad

12.11.2026 302
.

Azərbaycanda institutun adı dəyişdirildi

Naxçıvan Müəllimlər İnstitutunun binasının adı və loqosu dəyişdirilib. xəbər verir ki, Baş nazir Əli Əsədovun sentyabrın 21-də imzaladığı qərara əsasən, Naxçıvan Müəllimlər İnstitutu ləğv edilərək Naxçıvan Dövlət Universitetinə qoşulması yolu ilə yenidən təşkil edilib. Qərara əsasən, Naxçıvan Dövlə

10:12 238
.

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca

10:39 209
.

Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı

Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub. Bildirilib ki, uzun müddət istismard

12.11.2026 306
.