Gənclər imtina edir, köhnə nəsil vacib bilir - Toylarda MÜBAHİSƏLİ ƏNƏNƏ
Azərbaycanda toy mərasimlərində bu gün də qorunub saxlanılan maraqlı adətlərdən biri gəlinin belinə qırmızı lent bağlanmasıdır. Xüsusilə bəzi bölgələrdə geniş yayılan bu ənənə toy mərasiminin diqqətçəkən rituallarından biri hesab olunur.
Bəs gəlinin belinə qırmızı lent bağlanmasının tarixi və simvolik mənası nədir? Bu adət hansı inanclarla bağlıdır və zamanla necə formalaşıb?
Globalinfo.az-a danışan folklorşünas Elnarə Əmirli deyib ki, bu adət fərqli izah olunur:
"Mərasimlərimizdə gəlinin belinə qırmızı lent bağlanması müxtəlif bölgələrdən toplanmış folklor nümunələrində fərqli şəkildə izah olunur. Bunlardan ən yayğın olanı budur ki, bəziləri bunu qızın təmizliyi və namuslu olması ilə əlaqələndirirlər. Digər bir izah ondan ibarətdir ki, qırmızı lent gəlinin bədnəzərdən qorunmasına işarə edir. Daha yayğın olan başqa bir izah isə budur ki, qırmızı lent qızın gələcəkdə getdiyi ocaqda nəsilartırma funksiyasını yerinə yetirməsini, yəni gələcəkdə oğullu-uşaqlı olmasını simvolizə edir".
E.Əmirlinin sözlərinə görə, son dövrlərdə belə bir təsəvvür formalaşıb ki, qırmızı lent yalnız bakirəliyi bildirir:
"Bu, belə deyil. Qədim inanclarda, qeyd etdiyim kimi, qırmızı rəngin qoruyucu mənası daha üstün olub. Müxtəlif türk xalqlarında da buna rast gəlinir. Yəni qırmızı rəngdən daha çox qoruyucu, bədnəzərdən qoruma anlamında istifadə olunub. Eyni zamanda, onun bolluq və bərəkət mənası da ön plana çıxıb. Lakin daha sonrakı dövrlərdə qırmızı lentin təmizliyi və bakirəliyi ifadə etməsi geniş yayılıb. Təbii ki, indi biz də müxtəlif mərasimlərdə iştirak edirik. Bəzən gənclər yalnız həmin mənaya yönəldikləri üçün qırmızı lenti bağlamaq istəmirlər. Mən də belə hallara rast gəlmişəm. Bəzən deyirlər ki, "Mən evdə bu lenti bağlayacağam, amma toy zamanı zalda onu bağlamayacağam". Çünki toyda gəlinin ağ rəngdə geyinməsi ilə qırmızı lentin uyğun gəlmədiyini düşünürlər. Bu səbəbdən gənclər çox vaxt onu bağlamaqdan imtina edirlər".
Folklorşünas deyib ki, bizdə "el qınağı" deyilən bir anlayış da var:
"Yəni bu, insanların dünya görüşündən asılıdır. Bəzi insanlar normal yanaşırlar ki, gəlin bağlamaq istəmirsə, təbii ki, bağlamaya bilər. Amma bəzən bu, ailənin düşüncəsindən də asılı olur. Bəzi ailələrdə bu, qəbul edilmir və düşünülür ki, gəlin qırmızı lenti sona qədər bağlamalıdır. Yəni bu məsələyə münasibət həm sosial mühitdən, həm də ailənin dünyagörüşündən asılıdır. Həm də bir çox ailələrin arzusudur ki, mərasimlər zamanı, istər oğul evləndirərkən, istərsə də qız köçürərkən əvvəldən bizə gəlib çatmış, nəsildən-nəslə ötürülən adət-ənənələr olduğu kimi icra olunsun. Bu, onların arzusudur. Ona görə də daha çox yaşlı nəsil, ata-ana övladlara təsir edir ki, həmin adətlərin hamısı icra olunsun. Məhz bu adətlərdən biri də qırmızı lentdir. Bu lentin bağlanması daha çox böyüklər tərəfindən istənilir".
Elnarə Əmirli əlavə edib ki, onun fikrincə, adət-ənənəyə məxsus hər bir detal qorunmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 302 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 261 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
13.11.2026 268 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 384 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 322 Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 "Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
13.11.2026 353