Məktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydalarına ciddi əməl olunması, həmçinin yalnız öz övladlarının fotoşəkillərinin çəkilməsi ilə bağlı xəbərdarlıq edilib.
Bildirilir ki, bu xəbərdarlıqlar yalnız Arçi və Lilibetin təhsil aldığı kənd məktəbinin valideynlərinə deyil, ətraf ərazilərdəki digər məktəblərin valideynlərinə də göndərilib.
Qaydaların sərtləşdirilməsinə səbəb kimi cütlüyün uşaqlarının məktəbini qəfil dəyişməsi və Meqanın telefon nömrəsinin valideynlərin vatsap qrupundan yayılması göstərilir.
Yeni tədbirlər bəzi yerli sakinlərin narazılığına səbəb olub. Valideynlərdən biri məktub göndərilməsini "tamamilə lazımsız" adlandıraraq, hər kəsin onsuz da hansı sərhədlərin olduğunu bildiyini deyib.
Digər valideyn isə tədris ilinin ilk günü məktəb yaxınlığında iki avtomobilin sürətlə hərəkət etdiyini, daha sonra Harri, Meqan və uşaqlarının məktəbin girişində görüldüyünü bildirib.
Qeyd edək ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin işləyən üzvləri kimi vəzifələrindən imtina etdikdən sonra Britaniyanı tərk etmişdilər. Cütlük ötən ay uşaqları ilə birlikdə ölkəyə qayıdıb.
Əvvəlcə Arçi və Lilibet elit məktəblərdən birinə yerləşdirilsə də, tədris başlayandan cəmi iki gün sonra uşaqların məktəbi dəyişdirilib. Buna səbəb kimi ailənin təhlükəsizlik məsələləri və yollardakı sıxlığın mühafizə xidmətinin işini çətinləşdirməsi göstərilib.
Harri və Meqanın təhlükəsizliklə bağlı narahatlıqları daha əvvəl də gündəmə gəlib. Şahzadə Harri ailəsinin dövlət hesabına mühafizəsinin dayandırılması ilə bağlı Britaniya hökumətinə qarşı məhkəməyə müraciət edib.
Son olaraq isə kral III Çarlzın oğlunun təhlükəsizliyi ilə bağlı məsələnin yenidən nəzərdən keçirilməsinə razılıq verdiyi və Sassekslərin mühafizəsinin dövlət büdcəsinə illik təxminən 5 milyon funt-sterlinqə başa gələ biləcəyi barədə məlumat yayılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 92 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKomitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"
"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". BİG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərin
26.09.2026 151 Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
00:35 216 Azərbaycanda DƏHŞƏT! 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib. -ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib. Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub
26.09.2026 216 Baldızını və arvadını al qana boyadı - Azərbaycanda DƏHŞƏT
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb. BİG.AZ "Report"a istinadla xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib. Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı v
00:20 231 Məktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların
10:30 68 Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO
Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisini
26.09.2026 175 İtkin düşən 5 nəfər ötən gün tapılıb
İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə
26.09.2026 160 Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. BİG.AZ Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xəta
00:21 252 Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26.09.2026 160