Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"
"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır".
BiG.AZ "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan mühüm transformasiya mərhələsindən keçir: "Şəhərsalmaya yanaşmamız strateji ərazi planlaşdırılmasına, müasir infrastruktura, davamlı inkişafa və daha proqnozlaşdırılabilən inkişaf mühitinin yaradılmasına əsaslanır. Şəhər transformasiyası baxışla başlayır, lakin baş planlar vasitəsilə reallığa çevrilir. Biz baş planlaşdırmaya sadəcə tənzimləyici alət kimi deyil, mənzil, infrastruktur, mobillik, iqtisadi fəaliyyət, ətraf mühit və həyat keyfiyyətini bir araya gətirən çərçivə kimi baxırıq".
A.Quliyev vurğulayıb ki, 2018-ci ildən etibarən Azərbaycan davamlı və dayanıqlı şəhərlərin təşviqi məqsədilə məkan planlaşdırılmasında müasir prinsipləri tətbiq edir: "Bu gün Azərbaycanın 79 şəhərindən 68-nin təsdiq olunmuş 20 illik baş planı var, qalan şəhərlərin baş planları isə hazırda təsdiqlənmə prosesindədir. Bu səylər təcrübəli beynəlxalq şəhərsalma mütəxəssislərinin cəlb edilməsi ilə həyata keçirilib ki, bu da qlobal qabaqcıl təcrübələrə və innovativ planlaşdırma yanaşmalarına uyğunluğu təmin edir. Bu o deməkdir ki, şəhərlərimizin əksəriyyəti artıq öz inkişafı üçün uzunmüddətli baxışa, davamlı və insanyönümlü şəhər mühiti yaratmaq üçün çərçivəyə malikdir. Bu da onların uzunmüddətli inkişafı və investisiya potensialı ilə bağlı daha böyük aydınlıq yaradır. Biz həmçinin şəhərsalmanın davamlılıq və texnoloji aspektlərinə xüsusi diqqət yetiririk. Yaşıl tikinti prinsipləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, rəqəmsal icazələr və tikinti sektorunun rəqəmsallaşdırılması inkişaf mühitimizin getdikcə daha vacib elementlərinə çevrilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 302 Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını
13.11.2026 261 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
13.11.2026 268 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Polad Həşimovun anasının vəziyyəti necədir?
Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs
13.11.2026 384 Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"
"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB
13.11.2026 322 Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 "Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi
Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk
13.11.2026 353