Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva açıb. O, altı il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib.
Səfir torpaqlarımızın erməni işğalından azad olunmasında fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib.
N.Mustafayeva bildirib ki, Vətəndən uzaqda yaşayan azərbaycanlılar dövlətimizin həqiqətlərini yaşatmalı, milli yaddaşımızı qorumalı və gələcək nəsillərə ötürməlidirlər. O, həmçinin şəhidlərimizin bizə əmanət qoyduğu vətən sevgisini və birlik ruhunu hər zaman uca tutmağın vacibliyini vurğulayıb.
Daha sonra Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz bölməsinin rəhbəri, tanınmış akkordeon ifaçısı, həmyerlimiz Rüstəm Bağırov, ifaçı Leyla Əliyeva və latviyalı musiqiçilər Azərbaycan xalq və bəstəkar kompozisiyalarından ibarət musiqi proqramını təqdim ediblər.
Tədbir zamanı həmçinin səfirlikdə Vətən müharibəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.
Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 90 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" - Video
"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". "Qafqazinfo" xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə
12:54 135 Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi
Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin
25.09.2026 253 "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib
25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını
14:40 144 "İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək"
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələ
12:59 126 Qızıl bazarında bahalaşma davam edir
Azərbaycanda 2026-cı il 25 sentyabra olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiyasının qiyməti 7 294,8530 manat təşkil edib. 1 qram 99 əyyar təmiz qızılın qiyməti 234,53 manat, 750 əyyar İtalyan qızılının qiyməti 176,08 manat, 585 əyyar Türk qızılının qiyməti 137,3
25.09.2026 257 Sabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
13:00 148 "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"
"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bu, Azərbaycanda artıq 30 ildən çox hökm sürür",
12:34 133 Tramp İranla atəşkəs təklifini rədd etdi və ara seçkilərdən sonra hücumları bərpa etməyi gözləyir - WSJ
"Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və köməkçilərinə noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İranı bombalamağa davam edəcəyini bildirib. BİG.AZ The Times of İsrael-
10:28 170 Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər
Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı neft-qaz sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə A.Vuçiç sosial şəbəkələrdə yayımladığı müraciətində qeyd olunub. Onun sözlərinə görə, təxminən bi
16:00 0