"Bu gün iki mühüm müqavilə imzalanacaq" - Prezident açıqladı

"Bu gün iki mühüm müqavilə imzalanacaq" - Prezident açıqladı"Bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq".

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Qazla bağlı isə bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq. Bu layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq", - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox iş görülsə də, neft və qaz yenə də mühüm rol oynayacaq.

"Bu gün iki mühüm müqavilə imzalanacaq. Onlardan biri "Exxon" şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlıdır. Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər", - Prezident deyib.

Dövlət başçısı hazırda Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiyanın dəyişdiyini bildirib.
"Buna görə Prezident Trampa təşəkkür edirəm", - Prezident İlham Əliyev əlavə edib.
Prezident qeyd edib ki, müqavilələr bu il keçirilən Bakı Enerji Həftəsi zamanı da imzalanıb. Onun sözlərinə görə, neft-qaz sektoru yenə də ən cəlbedici sahələrdən biri, investisiyaların həcminə görə isə ən böyük seqment olacaq.
"Bu, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub", - dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, regionda, o cümlədən daha geniş regionda əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı çox deyil. Ölkələrin əksəriyyətinin enerji çatışmazlığı ilə üzləşdiyini deyən Prezident onların enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan aldığını qeyd edib.
"Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər. Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik", - dövlət başçısı bildirib.
Prezident bərpaolunan enerji dedikdə yalnız enerji istehsalını deyil, həm də onun ötürülməsini və saxlanmasını nəzərdə tutduğunu deyib.
"Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var. Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik", - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycanın ixrac etdiyi neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisinin, xüsusilə də Avropa bazarına ixracı enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.
"Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik", - Prezident qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 302
.

Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını

13.11.2026 261
.

Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi

ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə

13.11.2026 268
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Polad Həşimovun anasının vəziyyəti necədir?

Səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəs

13.11.2026 384
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 322
.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 353
.