"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciətDemokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib.

Sonxeber.az-a müraciət edən P.C (ad-soyad şərti verilib - red.) vətəndaş bildirib ki, Elgiz Qənizadə ondan 5000 min manat pul alıb.

Vətəndaşın saytımıza müraciətini olduğu kimi oxuculara təqdim edirik:

Mən Elgiz Qənizadə Rayon Prokurorluğunda işlədiyi dövrdə zərərçəkmiş şəxs kimi müraciət etmişdim. Həmin vaxt deputatın qardaşı həbs olunmuşdu. Həbs edilən şəxsin böyük qardaşı və dostları barışıq üçün mənə müraciət etmişdilər.

Elgiz Qənizadə şikayətimlə bağlı məni qəbul etdi. Baş verənlər barədə ona ətraflı məlumat verdim. Bildirdim ki, zərərçəkmiş 19 nəfərin içərisində yalnız mənim işimə hüquqi qiymət verilmədən Nərimanov Rayon Prokurorluğuna göndərilib. Lakin gördüm ki, Elgiz Qənizadə də mənə kömək etmədi.

Məcbur olub digər zərərçəkmişlərlə əlaqə yaratdım və onların əlində olan faktları da prokurorluğa təqdim etdim. Sübut etdim ki, eyni ev müxtəlif tarixlərdə ayrı-ayrı şəxslərə satılıb. Mənim üstünlüyüm ondan ibarət idi ki, mənə verilmiş maliyyə arayışı digər zərərçəkmişlərə verilən arayışlardan daha əvvəl tərtib edilmişdi.
Elgiz Qənizadə gördü ki, bütün sübutları aidiyyəti qurumlara təqdim edirəm. Həmin sübutlardan sonra onun barəsində həbs qətimkan tədbiri seçildi.

O, təcridxanada olduğu müddətdə qohumları mənimlə görüş keçirdilər. Təqsirləndirilən şəxsin qardaşı Rauf və Nurəddin adlı dostu mənə barışıq təklif etdilər. Bildirdilər ki, mənə ödəniş edəcəklər. Lakin eyni zamanda dedilər ki, Elgiz Qənizadə buna imkan vermir, onlardan əlavə 100 min manat pul tələb edir.

Mən də onlara bildirdim ki, zərərçəkmiş şəxs kimi mənə dəymiş ziyan ödənilirsə, Elgiz Qənizadə niyə buna mane olur?
Səhəri gün Elgiz Qənizadənin yanına getdim. O, bildirdi ki, qarşı tərəflə kənarda görüşməməliyəm. Barışıq və görüşlər onun otağında keçirilməlidir.

Daha sonra müstəntiq məni çağırdı və qarşı tərəfin barışıq etmək, dəymiş ziyanı ödəmək istədiyini bildirdi. Bunun üçün notariat qaydasında barışıq ərizəsi yazmalı olduğumu söylədi.

David Yusifovun adı ilə bağlı da bir sıra məsələlər gündəmdə idi. Elgiz Qənizadə nədənsə Elşən Cəbrayılovla və David Yusifovla bağlı məsələlərin həllinə imkan vermirdi.

David Yusifovun Cavid adlı qardaşı müstəntiqin otağında mənə 10 min manat ödəniş etdi. Bildirdi ki, qalan 70 min manat da tam şəkildə ödəniləcək. Mən də həmin vaxt 10 min manatın ödənilməsi ilə bağlı ərizə yazdım.
David Yusifov mənə avtomobil verdi və avtomobilin qiymətinin 49 min dollar olduğunu bildirdi.Daha sonra Elgiz Qənizadə məni çağıraraq 5 min manat ödəməli olduğumu söylədi. Bildirdi ki, bu pulun qarşılığında mənə pulum geri qaytarılacaq. Mən də məcbur olub 5 min manat ödədim.

Mən dəfələrlə Elgiz Qənizadənin qəbulunda olmuşam. Ona bildirirdim ki, məndən 5 min manat pul alıb, pulumun qaytarılacağına söz verib. Hər dəfə mənə səbirli olmağımı söyləyirdi.

Sonradan Suraxanı rayonunda ev aldım. Evin təmiri üçün tikinti şirkəti ilə 21 min 300 manatlıq müqavilə imzaladım. Lakin həmin şirkət evimi yararsız vəziyyətə saldı. Bu məsələ ilə bağlı da ciddi problemlərlə üzləşdim.
Bir müddət sonra Elgiz Qənizadənin Suraxanı Rayon Prokurorluğunda işlədiyini eşitdim. Onun yanına gedərək 5 min manat pulumun onda qaldığını bildirdim. O isə mənə yanına gəlməyi söylədi.

Mən onun yanına getdim. O, köməkçisinə ərizə yazmağıma kömək etməsi barədə göstəriş verdi. Mən də ərizə yazaraq Yasin Babayevə evin təmiri üçün 21 min 300 manat ödədiyimi qeyd etdim. Həmin məbləğin 15 min manatına dair çekim var idi, lakin 6 min 300 manatın çekini mənə verməmişdilər.

Elgiz Qənizadə çek olmadığına görə ərizədə yalnız 15 min manatın qeyd olunmasını istədi. Həmin pulu alıb mənə verəcəyini bildirdi.Lakin Elgiz Qənizadə Nərimanovda olduğu kimi, Suraxanıda da məni bu gün-sabah deyə-deyə aldatdı.

Aldadıldığımı hiss etdikdən sonra Bakı Şəhər Baş Prokurorluğuna müraciət etdim. Mənə bildirildi ki, cinayət işinin başlanması üçün ekspertiza təyin olunmalıdır.

Nəhayət, Dövlət Ekspertiza Mərkəzi rəy verdi ki, evin təmiri üçün 6 min 543 manatlıq xərc çəkilib. Sonradan mənə bildirildi ki, pul verdiyim şəxs dələduzdur və digər məsələlər də pulun mənimsənilməsi məqsədilə həyata keçirilib.
Yasin Babayev barəsində cinayət işi başlandı. Lakin yenə də haqsızlıqla üzləşdim. Mənə həm maddi, həm də mənəvi zərər dəydi. Hazırda başıma gələn bu haqsızlıqlar səhhətimdə ciddi problemlər yaradıb. Elgiz Qənizadə dəfələrlə məni aldatdı. Mən müstəntiqlə Elgiz Qənizadə arasındakı yazışmaları oxudum. Həmin yazışmalardan belə qənaətə gəldim ki, o, konkret cinayət işinin başlanmasına və işimin həll edilməsinə mane olurdu.Belə olan halda mən Elgiz Qənizadədən verdiyim 5 min manatın geri qaytarılmasını tələb etdim. Lakin o, pulumu qaytarmadı.

Mən Elgiz Qənizadə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdim və bütün sübutları təqdim etdim. Sonradan bildim ki, Çingiz Qənizadə mənim şikayətim ilə bağlı bir neçə şəxslə görüşüb. Həmin görüşlərdən sonra isə işimə baxılmadı. Əlimdə bütün sənədlər və sübutlar ola-ola bu gün də haqsızlıqla üz-üzəyəm. Çingiz Qənizadənin tapşırığından sonra işimə baxılmadığını düşünürəm.

Mən nə etməliyəm? Çingiz Qənizadə kimi bir ata tapıb, nəyinsə müqabilində işimi kiməsə tapşırmalıyam ki, haqqımı əldə edə bilim?

Mən dövlətimə və ölkə başçısına güvənirəm.Mən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdən və Azərbaycanın Baş prokuroru Kamran Əliyev kömək istəyirəm.

Hörmətli, Cənab Prezident İlham Əliyev, sizdən xahiş edirəm ki, işimin obyektiv və hərtərəfli araşdırılması, pozulmuş hüquqlarımın bərpası və mənə dəymiş maddi ziyanın ödənilməsi üçün müvafiq tapşırıqlar verəsiniz. Həmçinin Elgiz Qənizadənin və onunla əlbir olduğunu iddia etdiyim şəxslərin fəaliyyətinin qanun çərçivəsində araşdırılmasını, təqsirləri sübuta yetiriləcəyi təqdirdə qanunla cəzalandırılmalarını təmin etməyinizi xahiş edirəm.Mənim yeganə istəyim ədalətin bərpa olunması, illərdir çəkdiyim əziyyətin qarşılığında haqqımın mənə qaytarılması və qanunun aliliyinin təmin edilməsidir.

Qeyd edək ki, P.C Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etdiyi Elgiz Qənizadə ilə olan yazışmaları və səs yazıları da saytımıza təqdim edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 151   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.