Ermənistan regional əlaqələrini şaxələndirir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Nyu-Yorkda İran və Yunanıstan liderləri ilə keçirdiyi görüşlər İrəvanın Cənubi Qafqazda diplomatik və iqtisadi əlaqələrini şaxələndirmək siyasətini gündəmə gətirib. Ekspertlərə görə, bu təmaslar Ermənistanın həm İran, həm də Avropa istiqamətində əməkdaşlığı genişləndirmək cəhdlərini göstərir.
"Nikol Paşinyanın Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkian və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə keçirdiyi görüşlərə yalnız ikitərəfli münasibətlər çərçivəsində yanaşmaq düzgün olmazdı. Çünki bu görüşlər Ermənistanın Cənubi Qafqazda özünə yeni siyasi və iqtisadi imkanlar formalaşdırmaq cəhdlərinin tərkib hissəsidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, İran Prezidenti ilə görüşdə əsas diqqət Ermənistan-İran ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsinə, birgə layihələrə və regionda sülh və sabitliyin təmin olunmasına yönəlib. Bu, Ermənistan üçün İran istiqamətinin xüsusi əhəmiyyət daşıdığını göstərir.
Yunanıstanla görüşdə isə iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, Ermənistan-Aİ münasibətləri və regional əməkdaşlıq proqramları müzakirə olunub.
Burada mühüm məqam ondan ibarətdir ki, Ermənistan hazırda müxtəlif istiqamətlərdə paralel əlaqələr qurmağa çalışır. Bir tərəfdən İranla iqtisadi və regional əməkdaşlığı dərinləşdirir, digər tərəfdən Avropa İttifaqı ilə münasibətlərini genişləndirməyə çalışır. Yunanıstanla təmaslar da bu siyasətin Avropa istiqamətini gücləndirən elementlərdən biridir.
"Düşünürəm ki, Ermənistanın bütün bu diplomatik fəallığına baxmayaraq Azərbaycanla sülh prosesinə necə təsir edəcəyi əsas məsələ olaraq qalır. Regionda yeni əməkdaşlıq formatlarının yaranması qarşıdurmaya deyil, kommunikasiya xətlərinin açılmasına, iqtisadi əlaqələrin genişlənməsinə və davamlı sülhün möhkəmlənməsinə xidmət etməlidir.
Paşinyanın Nyu-Yorkdakı görüşləri Ermənistanın xarici siyasətdə çoxvektorlu xətt yürütmək və regional proseslərdə öz mövqeyini gücləndirmək istəyini göstərir. Amma Cənubi Qafqazda real siyasi nəticəni müəyyən edən əsas amil Ermənistanın hansı tərəflərlə görüş keçirməsi deyil, bu diplomatik təmasların regionda sülh və əməkdaşlığa nə qədər real töhfə verməsidir."- deyə, B.Quliyev əlavə edib.
NURAN ƏHMƏDZADƏ
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 843 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 302 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 277 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252 Bu ərazilərdə pensiyalar ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə "Qafqazinfo"ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən d
13.11.2026 291 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 286 İlham Əliyevin Antoniu Koşta ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğun
13.11.2026 266 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 232 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
13.11.2026 268 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
13.11.2026 308