Böyürtkən yığanlara 600 manat cərimə: Hansı halda tətbiq olunur?
Son dövrlərdə meşə ərazilərində yabanı böyürtkən və digər giləmeyvələrin yığılmasına görə tətbiq olunan cərimələr ictimai maraq doğurur. Vətəndaşlar arasında haqlı suallar yaranır: Təbii şəraitdə bitən böyürtkəni yığmaq nə vaxt qanun pozuntusu hesab olunur? Bu tələb yalnız meşə fondu torpaqlarına aiddirmi? Şəxsi istehlak üçün bir neçə kiloqram giləmeyvə toplamaqla kommersiya məqsədli yığım arasında hüquqi fərq varmı?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, qanunvericilikdə bütün ərazilərdə böyürtkən və digər yabanı giləmeyvələrin yığılmasının qadağan edilməsindən söhbət getmir. Burada əsas meyar ərazinin hüquqi statusudur:
"Meşə fondu sahələrində yabanı meyvə və giləmeyvələrin yığılması meşədən əlavə istifadə növlərindən biri hesab olunur və bunun üçün müəyyən edilmiş qaydalara əməl edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi meşə fondu sahələrində yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və digər məhsulların özbaşına yığılmasına dair məsuliyyəti müəyyən edir.
Qadağan edilən və ya yalnız meşə bileti əsasında yığılmasına icazə verilən meşə fondu sahələrində belə məhsulların icazəsiz yığılmasına görə fiziki şəxslər üçün 400-600 manat məbləğində cərimə nəzərdə tutulur.
Burada mühüm məqam ondan ibarətdir ki, "meşə fondu sahəsi" anlayışı yalnız ağaclarla örtülü əraziləri əhatə etmir. Meşə Məcəlləsinə əsasən, meşə və meşə bitkiləri ilə örtülü olmayan müəyyən meşə və qeyri-meşə torpaq sahələri də meşə fondu sahələrinə daxil ola bilər.
Bu səbəbdən yabanı böyürtkən və digər giləmeyvələrin yığılması ilə bağlı məsələdə yalnız bitkinin harada bitdiyinə deyil, həmin ərazinin hüquqi statusuna baxmaq lazımdır.
Məsələn, meşə fondu ərazisində təbii şəkildə bitən böyürtkənin icazəsiz yığılması İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi üzrə məsuliyyət yarada bilər. Lakin adi kənd təsərrüfatı torpağında, şəxsi həyətyanı sahədə və ya meşə fondu olmayan başqa ərazidə bitən böyürtkənin yığılması avtomatik olaraq həmin maddənin tətbiq dairəsinə düşmür.
Başqa sözlə, ərazinin sadəcə "meşəyə oxşaması" kifayət deyil. Əsas məsələ həmin torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsidir.
Odur ki, vətəndaşın təbii şəraitdə bitən bir neçə kiloqram böyürtkən toplamasının qanun pozuntusu olub-olmaması ilə bağlı suala cavab vermək üçün ilk növbədə yığımın həyata keçirildiyi ərazinin meşə fondu sahəsi olub-olmadığı müəyyənləşdirilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1130 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 302 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 277 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252 Bu ərazilərdə pensiyalar ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə "Qafqazinfo"ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən d
13.11.2026 291 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 286 İlham Əliyevin Antoniu Koşta ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğun
13.11.2026 266 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 232 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
13.11.2026 268 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
13.11.2026 308