27 Sentyabr - Zəfərə aparan yol

27 Sentyabr - Zəfərə aparan yol2020-ci ilin sentyabr ayının 27-si xalqımızın çoxəsrlik şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Tarixə qızıl hərflərlə yazılan bu müqəddəs gün milli ləyaqətin bərpası, ədalətin təntənəsi, xalqın birliyinin və iradəsinin Zəfəri idi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına və hücumuna cavab olaraq, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı 30 illik həsrətə, haqsızlığa, torpaq işğalına son qoydu.
1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və sonralar Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilən strateji və praqmatik siyasət nəticəsində ölkəmiz iqtisadi cəhətdən gücləndi, beynəlxalq müstəvidə öz haqlı mövqeyini möhkəmlətdi. Ölkəmizin iqtisadiyyatı gücləndikcə Ordumuz da gücləndi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dünyanın ən müasir texnologiyaları, silah sistemləri və kəşfiyyat vasitələri ilə təchiz edildi. Şəxsi heyətin peşəkarlığı artırıldı, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi.
Dövlətimiz həmişə sülh tərəfdarı olduğunu bəyan etsə də, işğal ilə barışmayacağını bu illər ərzində qətiyyətlə nümayiş etdirirdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı və qazanılan inamlı Qələbə Azərbaycan əsgərinin döyüş qabiliyyətini, gücünü bir daha bütün dünyaya sübut etdi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın "İrəli!" əmri ilə Azərbaycan əsgəri qarşı tərəfə cavab olaraq hücuma keçdi. Beləliklə, 44 günlük Zəfərə gedən müqəddəs yol açıldı. Azərbaycan xalqı Vətən müharibəsi vaxtı bütün dünyada devizə çevrilən və bu gün də öz qüvvəsini saxlayan "Dəmir Yumruq" ideologiyası ətrafında sıx birləşdi.
Ordumuzun qəhrəman əsgərlərinin çətin şəraitdə, dağlıq ərazilərdə, güclü istehkamlar qurmuş düşmənə qarşı misilsiz taktiki gedişlər nümayiş etdirməsi, müasir texnologiyaların tətbiqi ilə illərdir, beynimizə yeridilən "məğlubedilməzlik" mifini cəmi bir neçə günə darmadağın etməsi dünya hərb tarixi səhifəsinə yeni bir səhifə kimi yazıldı. Füzuli və Cəbrayıl istiqamətlərində müdafiə xəttlərinin yarılması, Hadrut qəsəbəsinin azad edilməsi ilə strateji üstünlüyün əldə olunması, Suqovuşan və Talış kəndlərinin azad olunması və hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa əməliyyatı - qəhrəman Azərbaycan əsgərlərinin sıldırımlı qayaları, meşələri aşaraq, yalnız yüngül silahlarla şəhərə daxil olması və əlbəyaxa döyüşlərlə qədim mədəniyyət beşiyimizi azad etməsi düşməni kapitulyasiyaya məcbur etdi.
Şuşa zəfəri müharibənin taleyini həll etməklə yanaşı, həm də tarixi-mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev sağlığında qətiyyətlə bildirirdi ki: "Şuşasız bizim işimiz yarımçıq olar". 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə, ləyaqətlə və qətiyyətlə yerinə yetirdi. 2020-ci il noyabrın 8-də dövlət başçısının xalqa müraciəti hər bir azərbaycanlının qəlbində əbədi həkk olunmuş unudulmaz və qürurverici anlardır. Şəhidlər xiyabanından xalqa müraciət edən Ali Baş Komandanın səsləndirdiyi o həyəcanlı və qürurlu cümlələri xalqımız sevinc göz yaşları ilə qarşıladı: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Həmin gün vətəndaşlarımız küçələrə axışdı, üçrəngli bayraqlar dalğalandı, "Qarabağ Azərbaycandır!" şüarı bütün dillərdə səsləndi. Prezident İlham Əliyevin güclü siyasi iradəsi, tükənməz səbri, qətiyyətli və prinsipial mövqeyi, şəhidlərimizin canı-qanı, qəhrəmanlığı, qazilərimizin şücaəti hesabına xalqımız əbədi Zəfər qazandı. Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində canından keçən hər bir şəhidimiz, qazimiz bizim qürurumuzdur. Onlar gələcək nəsillərə miras qoyulan əbədi bir tarix yazdılar. Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanındadır, onların sosial müdafiəsi və rifahı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
27 Sentyabr - Zəfərə gedən yolun başlanğıcı olmaqla yanaşı, dərin hüzn, eyni zamanda böyük qürur günüdür. 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda - Qarabağda və Şərqi Zəngəzurda aparılan və hazırda davam etdirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri - "Böyük Qayıdış Proqramı" uğurla icra olunur. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və xüsusilə mədəniyyət paytaxtımız olan Şuşa şəhəri qısa müddətdə doğma sakinlərini qəbul etdi. Torpaqlarımızda hava limanları, avtomobil və dəmir yolları, enerji infrastrukturu inşa edildi. Qısa müddət ərzində aparılan, bütün dünyanın diqqətini çəkən bu tədbirlər hesabına bir vaxtlar məcburi köçkün olan vətəndalarımız bu gün özyurdlarında qurub yaradır, çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər.
27 sentyabr - bu müqəddəs tarix dövlətimizin gücünün, xalqımızın birliyinin və ölkə başçısının qətiyyətli siyasətinin təntənəsidir. Bu Şanlı tarix yaddaşlardan silinməyəcək və gələcək nəsillərə ötürüləcək ən qiymətli sərvətdir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.