27 Sentyabr - Anım Günüdür

27 Sentyabr - Anım Günüdür27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin başlandığı, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. Bu gün torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin qarşısında baş əydiyimiz, onların fədakarlığını və qəhrəmanlığını xatırladığımız gündür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam etdi. Lakin həmin müharibənin səbəblərini yalnız 2020-ci ilin sentyabrında baş verən hadisələrlə izah etmək mümkün deyil. Münaqişənin kökləri uzun illər davam edən işğal, beynəlxalq hüququn tələblərinə məhəl qoyulmaması, danışıqlar prosesinin nəticəsiz saxlanılması və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasətlə bağlı idi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyir, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edirdi. Bu sənədlər beynəlxalq hüquqi çərçivədə münaqişənin həlli üçün mühüm əsas yaradırdı. Buna baxmayaraq, uzun illər ərzində həmin qətnamələrin icrası təmin olunmadı.
Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə daim hazır olduğunu bəyan edir, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirirdi. Lakin Ermənistanın işğalçı siyasətinin davam etməsi, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərin həyata keçirilməsi və zaman-zaman hərbi təxribatlara əl atılması vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də BMT Baş katibi ilə videokonfrans zamanı həmin gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə etməklə Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə atəş açdığını bildirmişdi.
Ermənistanın siyasi rəhbərliyinin müxtəlif dövrlərdə səsləndirdiyi bəyanatlar da sülh prosesinin qarşısında ciddi maneələr yaradırdı. İşğalın davam etdirilməsi ilə yanaşı, yeni ərazilərin əldə edilməsinə dair ritorika və hərbi təhdidlər mövcud status-kvonun dəyişdirilməsinə deyil, onun qorunmasına xidmət edirdi. Belə yanaşma isə onsuz da kövrək olan vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olurdu.
2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən hərbi toqquşmalar da gərginliyin yeni mərhələyə keçdiyini göstərdi. Ardınca sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Həmin gün Azərbaycan Respublikasında hərbi vəziyyət elan edilməsi barədə Fərmanda da Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini və hərbi mövqeləri ağır artilleriyadan atəşə tutması və itkilərin olması qeyd edilirdi.
Beləliklə, 27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini və çoxsaylı yaşayış məntəqələrini azad etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə əldə edildi.
Bu qələbənin əsasını Azərbaycan xalqının həmrəyliyi, dövlət siyasətinin ardıcıllığı və Ordumuzun yüksək döyüş qabiliyyəti ilə yanaşı, illərlə aparılan məqsədyönlü hazırlıq təşkil edirdi. Azərbaycanın hərbi, iqtisadi və diplomatik imkanlarının gücləndirilməsi ölkəmizə 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etmək üçün mühüm imkanlar yaratdı.
Anım Gününün mahiyyəti yalnız keçmişi xatırlamaqdan ibarət deyil. Bu tarix gələcək nəsillərə Vətən, dövlətçilik və milli birlik anlayışlarının əhəmiyyətini çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır. Şəhidlərimizin həyatını və mübarizəsini xatırlamaq həm də müstəqil Azərbaycanın hansı ağır sınaqlardan keçərək bu günə gəldiyini dərk etmək deməkdir.
Azərbaycan xalqı üçün 27 Sentyabr həm hüzn, həm də qürur günüdür. Hüzn ona görə ki, Vətən müharibəsində minlərlə Azərbaycan vətəndaşı öz həyatını ölkənin ərazi bütövlüyü naminə fəda etdi. Qürur ona görədir ki, onların qəhrəmanlığı nəticəsində Azərbaycan Ordusu tarixi missiyanı yerinə yetirdi və işğal altında olan torpaqlarımız azad edildi. Prezidentin Anım Gününün təsis edilməsi haqqında Sərəncamında da şəhidlərin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanır.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri şəhidlərimizin xatirəsinə layiq şəkildə azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsidir. İşğaldan azad edilmiş şəhər və kəndlərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması qələbənin nəticələrinin möhkəmləndirilməsinin mühüm istiqamətlərindəndir.
27 Sentyabr tarixində şəhidlərimizi yad edərkən onların qarşısında ən böyük borcumuz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, ölkəmizin inkişafına öz töhfəmizi verməkdir. Şəhidlərin xatirəsi yalnız sözlə deyil, əməllə yaşadılmalıdır.
Bu müqəddəs gündə Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına dərin ehtiram və minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
27 Sentyabr - Anım Günü Azərbaycan xalqının qan yaddaşı, milli birliyinin və Vətən sevgisinin rəmzidir. Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaqdır.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1024   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.