Tibbi məlumatlar süni intellektə etibar edilərkən necə qorunmalıdır?
"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün artıq müəyyən rəqəmsal baza formalaşır. Nəzərə alsaq ki, ölkədə 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul olunub, səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində birləşdirilməsi də bu istiqamətlər sırasında göstərilir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, xüsusilə rentgen, MRT və KT görüntülərinin təhlili, laborator nəticələr əsasında risklərin müəyyənləşdirilməsi və həkimlərin iş yükünün azaldılması süni intellektin ilkin tətbiqi üçün daha real sahələr hesab oluna bilər. Ancaq burada vacib bir məqam var: süni intellekt həkimin yerinə qərar verən sistem kimi deyil, həkimə ikinci rəy təqdim edən güclü köməkçi vasitə kimi tətbiq edilməlidir:
"Məsələn, sistem minlərlə tibbi görüntünü qısa müddətdə təhlil edərək şübhəli sahələri müəyyənləşdirə bilər. Lakin xəstənin şikayətlərini dinləmək, əvvəlki xəstəliklərini, qəbul etdiyi dərmanları və ümumi sağlamlıq vəziyyətini nəzərə alaraq yekun qərar vermək yenə də həkimin məsuliyyətində qalmalıdır.
Bu gün "Süni intellektə necə güvənə bilərik?" sualına tez-tez rast gəlirik. Səhiyyə sistemində isə diqqət edilməli əsas sual bir qədər fərqli olmalıdır: sistem hansı məlumatlarla öyrədilib, hansı xəstə qrupu üzərində sınaqdan keçirilib və Azərbaycandakı pasiyentlər üçün eyni nəticəni verirmi?
Çünki başqa ölkədə uğurlu nəticə göstərən alqoritm yerli əhalinin xüsusiyyətləri, tibbi cihazların fərqliliyi və məlumatların başqa formada toplanması səbəbindən Azərbaycanda eyni nəticəni verməyə bilər. Buna görə də belə sistemlər geniş istifadəyə verilməzdən əvvəl yerli xəstəxanalarda, real pasiyent məlumatları əsasında və mütəxəssis həkimlərin iştirakı ilə sınaqdan keçirilməlidir.
Digər mühüm məsələ isə tibbi məlumatların təhlükəsizliyidir. Xəstənin analizləri, diaqnozu və tibbi tarixçəsi ən həssas şəxsi məlumatlar sırasındadır. Bu məlumatların harada saxlanıldığı, kimlərin onlara çıxış əldə etdiyi, sistemin hansı ölkədə yerləşən serverə qoşulduğu və məlumatların süni intellekt sisteminin yenidən öyrədilməsi üçün istifadə edilib-edilmədiyi əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir.
Burada qanunvericilik tələbləri ilə yanaşı, məlumatların şifrələnməsi, girişlərin məhdudlaşdırılması və kibertəhlükəsizlik standartlarına riayət edilməsi də xüsusi əhəmiyyət daşıyır. Səhiyyədə süni intellektin uğurlu tətbiqi yalnız texnologiyanın imkanlarından deyil, həm də onun nə dərəcədə təhlükəsiz, etibarlı və məsuliyyətli şəkildə istifadəsindən asılı olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 758 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 268 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 398 Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13.11.2026 248 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 311 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
13.11.2026 272 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252