Avropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək.
Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-14 dərəcə üstələyəcək. Anomal istilərin oktyabrın ilk günlərində də davam edə biləcəyi bildirilir.
Məlumata görə, buna yeni "istilik qübbəsi" səbəb olacaq. Bu, müəyyən bir region üzərində isti havanı uzun müddət saxlayan geniş yüksək təzyiq sahəsidir. Buludların az olması gün ərzində günəş şüalarının havanı daha intensiv qızdırmasına səbəb olacaq.
Ən isti hava Pireney yarımadasında müşahidə ediləcək. İspaniyanın mərkəzi və cənubunda, eləcə də Portuqaliyada həftənin sonuna qədər temperaturun +35...+38 dərəcə olacağı, bəzi ərazilərdə isə +40 dərəcəyə yaxınlaşacağı gözlənilir. Fransanın cənubunda və mərkəzi hissəsində hava təxminən +35 dərəcəyədək qızacaq. Ölkənin şimalında və Benilüks ölkələrində isə temperatur təxminən +30 dərəcə olacaq.
Böyük Britaniyada da qeyri-adi isti hava müşahidə ediləcək. Ölkənin cənubunda və mərkəzi rayonlarında temperatur qısa müddətə +25 dərəcəyədək yüksələ bilər ki, bu da sentyabrın sonu üçün yüksək göstəricidir.
Həftəsonundan etibarən isti hava kütləsi Mərkəzi Avropaya yayılmağa, daha sonra isə şimal-şərq istiqamətində irəliləməyə başlayacaq. Almaniyada temperaturun +27...+29 dərəcə, bəzi ərazilərdə isə +30 dərəcə olacağı gözlənilir. Şimali İtaliyada, Toskanada, Balkanların şimal və mərkəzi hissələrində, eləcə də Yunanıstanda temperatur təxminən +28...+30 dərəcəyə yüksələcək. Ayrı-ayrı ərazilərdə sentyabr ayı üçün yeni temperatur rekordlarının qeydə alınması mümkündür.
Bununla yanaşı, Avropada hava şəraiti kəskin kontrastlı olacaq. Qitənin qərb ucunda tamamilə fərqli hava şəraiti gözlənilir. İrlandiyanın qərbində, Şotlandiyada və Norveçin cənub-qərbində, xüsusilə dağlıq ərazilərdə oktyabrın əvvəlinə qədər bəzi yerlərdə 150 millimetrdən çox yağıntı düşə bilər.
Məlumata görə, isti hava oktyabrın əvvəlində də davam edə bilər. İsti hava kütləsinin getdikcə daha uzaq şimal və şərq istiqamətində yayılacağı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 880 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 302 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 277 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252 Bu ərazilərdə pensiyalar ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə "Qafqazinfo"ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən d
13.11.2026 291 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 286 İlham Əliyevin Antoniu Koşta ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğun
13.11.2026 266 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 232 Trampa Putin və Si Cinpinlə tarixi üçtərəfli görüş keçirmək təklif edildi
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə tarixdə ilk üçtərəfli görüş keçirməlidir. xəbər verir ki, bu fikri ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş köməkçisi, beynəlxalq münasibətlə
13.11.2026 268 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
13.11.2026 308