Sənədsiz ev avtomatik olaraq qanunsuz tikili sayılırmı? - Ekspertdən açıqlama

Sənədsiz ev avtomatik olaraq qanunsuz tikili sayılırmı? - Ekspertdən açıqlama"Hər hansı tikilinin sənədsiz olması avtomatik olaraq onun qanunsuz tikili olması anlamına gəlmir. Burada torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, həmin ərazi üzrə şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər ayrıca araşdırılmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, kollektorların üzərində və ya onların mühafizə zonalarında inşa edilmiş evlərə gəldikdə isə məsələ daha həssas xarakter daşıyır. Çünki burada söhbət yalnız mülkiyyət hüququndan deyil, eyni zamanda mühəndis-kommunikasiya sistemlərinin təhlükəsiz istismarından, insanların həyat və sağlamlığının qorunmasından gedir. Kollektorların fəaliyyəti üçün zəruri olan ərazilərdə tikinti işlərinin aparılması gələcəkdə həm texniki problemlərə, həm də fövqəladə hallar zamanı həmin infrastruktura çıxışın məhdudlaşmasına səbəb ola bilər:

"Əsas məsələ vətəndaşların hüquqlarının qorunması ilə şəhərsalma və təhlükəsizlik tələbləri arasında hüquqi balansın təmin edilməsidir. Dövlət qurumlarının qarşısında duran vəzifə yalnız pozuntunu müəyyən etmək deyil, eyni zamanda problemin qanuni həll mexanizmlərini araşdırmaq və vətəndaşlara aydın hüquqi istiqamət verməkdir.
Sənədsiz ev avtomatik olaraq qanunsuz tikili sayılırmı? - Ekspertdən açıqlamaVətəndaşlara da tövsiyə olunur ki, sənədləşmə məsələsində yalnız şifahi məlumatlara və ya qeyri-rəsmi razılaşmalara əsaslanmasınlar. Torpaq sahəsinin və tikilinin hüquqi vəziyyəti müvafiq dövlət orqanlarından əldə edilən rəsmi məlumatlar əsasında dəqiqləşdirilməlidir.

Nəticə etibarilə, sənədsiz və kollektorların üzərində inşa edilmiş evlərlə bağlı vahid yanaşma tətbiq etmək əvəzinə, hər bir konkret ərazinin və tikilinin hüquqi və texniki vəziyyəti ayrıca qiymətləndirilməlidir. Burada əsas məqsəd bir tərəfdən qanunvericiliyin tələblərinə riayət etmək, digər tərəfdən isə uzun illər bu ərazilərdə yaşayan insanların hüquqi vəziyyətinin mümkün qədər şəffaf və qanuni mexanizmlərlə həllinə şərait yaratmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 102   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hörmüzdə gəmi vuruldu, yanğın başladı

Hörmüz boğazından keçən tanker naməlum obyekt tərəfindən vurulub. xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb. Bildirilib ki, karqo gəmisinə hücumdan sonra yanğın başlayıb. Nəticədə iki nəfər xəsarət alıb, gəmi heyəti təxliyə edilib. Ətra

23.09.2026 231
.

ABŞ-dan Avropaya Rusiya xəbərdarlığı: Fransa, İtaliya və İspaniya hədəfdə?

Avropada Rusiyanın mümkün hücumu ilə bağlı xəbərdarlıqlar son günlər yenidən gündəmə gəlib. ABŞ kəşfiyyatının İspaniya, Fransa və İtaliyanı mümkün Rusiya dron hücumları barədə məlumatlandırdığına dair xəbərlər yayıldığı bir vaxtda, Fransada kəşfiyyat qurumları Rusiyadan gələn hibrid təhdidlərin artdığın

14:38 112
.

"Mercedes" komandasının rəhbəri Bakıya gəlməyəcək

"Mercedes" komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisinə qatılmayacaq. -ın xarici mediaya istinadən məlumatına görə, avstriyalı Bakıya getməyəcək və həftəsonu yarışı uzaqdan izləyəcək. Onu komanda rəhbərinin müavini Bredli Lord əvəz edəcək. Volf artıq 2026-cı il mövsümünün bir mərhələsin

23.09.2026 232
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23.09.2026 274
.

Metroda iş saatı uzadılacaq

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək. Axşam.az xəbər verir ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmi

10:59 169
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

11:47 144
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23.09.2026 312
.

Tramp süni intellektin adını "super intellekt" olaraq dəyişdirmək istəyir

ABŞ Prezidenti Donald Tramp süni intellektin (AI) adının dəyişdirilərək bundan sonra "super intellekt" (SI) adlandırılmasını təklif edib. Tramp bu fikri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, "süni" sözü texnologiyanı olduğunda

23.09.2026 425
.

Bakı qlobal təhlükəsizlik dialoqunun mühüm platformasına çevrilir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb. Forumun əhəmiyyət

11:31 158
.