ABŞ-dan Avropaya Rusiya xəbərdarlığı: Fransa, İtaliya və İspaniya hədəfdə?
Avropada Rusiyanın mümkün hücumu ilə bağlı xəbərdarlıqlar son günlər yenidən gündəmə gəlib. ABŞ kəşfiyyatının İspaniya, Fransa və İtaliyanı mümkün Rusiya dron hücumları barədə məlumatlandırdığına dair xəbərlər yayıldığı bir vaxtda, Fransada kəşfiyyat qurumları Rusiyadan gələn hibrid təhdidlərin artdığını bildirir.
Polşanın Baş naziri Donald Tusk isə Rusiyanın yaxın aylarda NATO ərazisinə dron və ya raketlərlə hücum edə biləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb. Bütün bunlar Avropada təhlükəsizliklə bağlı yeni suallar yaradıb: Rusiya həqiqətən NATO ölkələrinə qarşı daha genişmiqyaslı hücuma hazırlaşır, yoxsa söhbət əsasən hibrid və dron təhdidlərindən gedir?
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiyanın Avropaya hücum etməsi ilə bağlı Avropa KİV-lərinin təbliğatı daha çox Rusiyaya qarşı mübarizədə birliyin zəruri olduğunu, yəni Rusiyaya qarşı yumşalmaya yol verməmək üçün təşkil olunan kampaniyadır. Amma eyni zamanda bütün Avropa Ukrayna ərazisində Rusiya ilə müharibə aparır. Onun sözlərinə görə, Ukraynaya hər cür hərbi sursat, maddi-texniki, iqtisadi və kəşfiyyat məlumatları ilə kömək edirlər: "Yəni Rusiya Ukrayna ərazisində apardığı müharibəni Avropa ərazisinə keçirdə bilər. Lakin hazırda bu məsələ aktual deyil və Rusiya heç bir ölkəyə rəsmi müharibə elan etməyib, xüsusi hərbi əməliyyatlar isə qarşıya qoyulan hədəfə çatdığında istənilən vaxt dayandırıla bilər.
Rusiyanın qonşu dövlətlərin ərazisində hibrid müharibə apardığı heç də yenilik deyildir, arabir Avropa hava məkanında sərhədlərin pozulması provokativ psixoloji müharibənin elementləri kimi izah olunur. Rusiya və Avropa arasında genişmiqyaslı müharibə ehtimalı yoxdur, çünki bu üçüncü dünya müharibəsinin geridönüşü olmayan mərhələsinin başlanması deməkdir ki, ona da heç kim yol verməz və heç kimə qələbə gətirə bilməz".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 789 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 268 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 398 Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13.11.2026 248 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 311 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
13.11.2026 272 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252