"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev
Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.
İclasda çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.
Xidmət rəhbəri belə mötəbər tədbirlərin aktual çağırışların peşəkar müzakirəsi üçün geniş imkanlar yaratdığını, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrildiyini vurğulayıb.
General-polkovnik Əli Nağıyev beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid dövrü yaşadığını, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.
Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb.
BTF çərçivəsində həmçinin DTX və Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə "Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi" mövzusunda yan tədbir də keçirilib.
Müzakirələrdə müasir texnologiyaların doğurduğu terror təhdidlərinə qarşı effektiv milli, eləcə də beynəlxalq əlaqələndirmə mexanizmləri, habelə BTF-in platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi qabaqcıl alətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 111 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya hərbi helikopteri Polşanın hava məkanına daxil olub
Rusiyaya məxsus Mi-8 hərbi helikopteri Kalininqrad vilayəti istiqamətindən Polşanın hava məkanına daxil olub. xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb. Komandanlığın bildirdiyinə görə, helikopter Polşa hava məkanında 42 saniyə qalıb və sərhəddən təxminə
23.09.2026 224 Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik
23.09.2026 234 Ekspert: Yeni dövlət proqramının üstünlüyü metallurgiyaya sistemli yanaşmadır
"Azərbaycanda metallurgiyanın inkişafı ilə bağlı bundan əvvəl də dövlət proqramları hazırlanıb. Lakin həmin proqramların effektivliyinin nə dərəcədə yüksək olması ilə bağlı əlimizdə konkret rəqəmlər yoxdur. Əvvəlki sənaye inkişafı proqramlarında da metallurgiya ayrıca istiqamət kimi nəzərdə tutulmuşdu"
11:27 124 David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi
İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad
10:31 133 Rus ordusu Krasnıy Yarı işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Potixonovo və Krasnıy Yar yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
23.09.2026 245 Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"na dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevi
23.09.2026 250 Pedaqoji şura iclas yox, nəticə yaradan idarəetmə mexanizmi olmalıdır
"Məktəbdə pedaqoji şuranın keçirilməsi təqvimdə nəzərdə tutulan növbəti tədbirin icrası kimi qəbul edilirsə, burada ciddi idarəetmə problemi var. Çünki pedaqoji şura sadəcə müəllimlərin bir otaqda toplaşdığı, çıxışların dinlənildiyi və sonda protokolun yazıldığı toplantı deyil. Bu qurum məktəbi
11:02 118 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23.09.2026 292 İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsinin müdiri Mehma
23.09.2026 249