Bakı qlobal təhlükəsizlik dialoqunun mühüm platformasına çevrilir

Bakı qlobal təhlükəsizlik dialoqunun mühüm platformasına çevrilirAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb. Forumun əhəmiyyəti ilk növbədə iştirakçıların coğrafiyası və təmsilçilik səviyyəsi ilə bağlıdır. Tədbirdə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edir. Təxminən 600 iştirakçının Bakıda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması forumun regional çərçivəni aşan platformaya çevrildiyini göstərir.

Bu, 2023-cü ildən etibarən formalaşan davamlı dialoq çərçivəsində keçirilən dördüncü forumdur. Təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzusu olması və son illərdə dünya miqyasında yeni təhlükəsizlik çağırışlarının meydana çıxması tədbirin aktuallığını daha da artırır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, forumda diqqət çəkən əsas məqamlardan biri Prezident İlham Əliyevin iştirakçılara müraciəti olub. Dövlət başçısının "Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır" fikri müasir beynəlxalq münasibətlərin reallıqlarını ifadə edən mühüm yanaşmadır. Bu gün bir ölkədə meydana çıxan böhran yalnız həmin dövlətin siyasi və təhlükəsizlik mühitinə təsir göstərməklə məhdudlaşmır. Belə hadisələr enerji təchizatından nəqliyyat dəhlizlərinə, ərzaq bazarlarından maliyyə sistemlərinə, kiberməkandan informasiya mühitinə qədər bir-biri ilə əlaqəli çoxsaylı sahələrdə nəticələr doğura bilir. Bu baxımdan milli və beynəlxalq təhlükəsizlik arasındakı sərhədlər əvvəlki qədər kəskin deyil və dövlətlərin təhlükəsizlik gündəliyi getdikcə regional və qlobal proseslərlə daha sıx əlaqələnir:

"Prezident İlham Əliyevin "Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir" fikri də forumun əsas yanaşmasını ifadə edir. Təhlükəsizliyin yalnız ayrı-ayrı dövlətlərin öz sərhədlərini qoruması ilə təmin olunması mümkün deyil. Transmilli cinayətkarlıq, terrorçuluq, ekstremizm, qanunsuz silah və narkotik dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi təhdidlər müxtəlif ölkələrin ərazisindən keçən maliyyə, logistika, informasiya və texnoloji şəbəkələrlə bağlıdır. Buna görə də həmin təhdidlərə qarşı mübarizə dövlətlərarası koordinasiyanı, operativ məlumat mübadiləsini və xüsusi xidmət orqanları arasında davamlı peşəkar əlaqələri zəruri edir.

Forumun gündəliyini aktual edən əsas amillərdən biri də təhlükələrin xarakterinin dəyişməsidir. Əvvəllər təhlükəsizlik məsələləri daha çox hərbi-siyasi və sərhəd təhdidləri kontekstində qiymətləndirilirdisə, hazırda kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik, maliyyə axınlarının izlənilməsi, informasiya məkanının təhlükəsizliyi, nəqliyyat və enerji sistemlərinin dayanıqlılığı da xüsusi xidmət orqanlarının fəaliyyətində mühüm yer tutur. Prezidentin müraciətində enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, nəqliyyat və kommunikasiya əlaqələrinin də vurğulanması təhlükəsizlik anlayışının kompleks xarakter aldığını göstərir.

Forumun Bakıda keçirilməsi də Azərbaycanın son illərdə beynəlxalq və regional platformalarda təhlükəsizlik, enerji, nəqliyyat və kommunikasiya məsələlərinin müzakirə olunduğu mühüm dialoq məkanlarından birinə çevrilməsi fonunda diqqət çəkir. Bakı Təhlükəsizlik Forumunun xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri formatında təşkil edilməsi bu platformaya ayrıca institusional məzmun verir. Burada əsas məqsəd müxtəlif dövlətlərin bütün məsələlər üzrə mövqelərinin eyniləşdirilməsi deyil, ortaq təhlükələr barədə fikir mübadiləsi aparmaq və praktiki əməkdaşlıq kanallarını açıq saxlamaqdır.

Prezident İlham Əliyevin müraciətində qarşılıqlı etimadın möhkəmləndirilməsi və açıq, etibarlı dialoq əsasında tərəfdaşlıqların qurulmasına xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Təhlükəsizlik sahəsində əməkdaşlıqda məlumatın operativliyi ilə yanaşı, onun etibarlılığı, tərəfdaşlar arasında qarşılıqlı etimad və əlaqə kanallarının davamlılığı xüsusi əhəmiyyət daşıyır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik orqanları arasında konkret transmilli təhdidlər üzrə peşəkar dialoqun qorunması təhlükəsizlik sahəsində əməkdaşlığın davamlılığı baxımından mühüm amildir.

Bu baxımdan IV Bakı Təhlükəsizlik Forumu yalnız müxtəlif ölkələrin nümayəndələrinin bir araya gəldiyi tədbir deyil, dəyişən qlobal təhlükəsizlik mühitinin yaratdığı çağırışların müzakirə edildiyi və praktiki əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyi platforma kimi çıxış edir. Forumun davamlı xarakter daşıması isə təhlükəsizlik məsələləri üzrə beynəlxalq dialoqun institusional əsaslarının möhkəmləndirilməsi baxımından diqqət çəkir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.