2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında 1 176,7 manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Bu fonda minimum əməkhaqqının mövcud səviyyəsi, onun yaşayış xərclərinə uyğunluğu və qarşıdakı dövrdə artırılması məsələsi yenidən gündəmə gəlir. Bəs minimum əməkhaqqının 600-700 manata çatdırılması iqtisadi baxımdan mümkündürmü və belə artım əmək bazarına, sahibkarlara və qiymətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, minimum əməkhaqqının 600-700 manata çatdırılması Azərbaycanda nəzəri baxımdan mümkündür, amma bunu yalnız beynəlxalq reytinqlərdə digər keçmiş sovet ölkələri ilə fərqi aradan qaldırmaq məqsədi ilə etmək iqtisadi baxımdan kifayət qədər əsaslandırılmış yanaşma olmaz. Onun sözlərinə görə, minimum əməkhaqqının müəyyənləşdirilməsində ölkənin əmək məhsuldarlığı, orta əməkhaqqı, yaşayış xərcləri, inflyasiya, biznesin əməkhaqqı ödəmə qabiliyyəti və dövlət büdcəsinin imkanları nəzərə alınmalıdır: "Hazırda minimum əməkhaqqının 400 manat olması fonunda onun 600-700 manata qaldırılması 50-75 faizlik artım deməkdir. Belə artım minimum əməkhaqqı ilə çalışanların nominal və real gəlirlərini əhəmiyyətli dərəcədə yüksəldə bilər, eyni zamanda sosial ödənişlərə və əməkhaqqı ilə əlaqəli digər ödənişlərə də təsir göstərə bilər. Lakin əməkhaqqının inzibati qaydada sürətlə artırılması kiçik və orta biznes üçün əlavə xərc yarada, bəzi sahələrdə qiymətlərin və ya qeyri-rəsmi məşğulluğun artmasına səbəb ola bilər.
Ona görə daha real yanaşma minimum əməkhaqqının mərhələli şəkildə artırılmasıdır. Məsələn, inflyasiya və məhsuldarlıq artımı nəzərə alınmaqla minimum əməkhaqqının hər il yenidən hesablanması və orta əməkhaqqına müəyyən nisbətdə yaxınlaşdırılması mümkündür. Bu halda həm işçilərin gəlirlərinin qorunması, həm də işəgötürənlərin üzərinə düşən yükün birdən-birə kəskin artmasının qarşısının alınması mümkün olar.
Digər keçmiş sovet ölkələri ilə müqayisə də yalnız nominal məbləğ əsasında aparılmamalıdır. Əhalinin real alıcılıq qabiliyyəti, yaşayış xərcləri, vergi yükü və qiymət səviyyəsi də nəzərə alınmalıdır. Buna görə 600-700 manatlıq minimum əməkhaqqının Azərbaycanda sosial baxımdan nə dərəcədə yetərli olduğunu müəyyənləşdirmək üçün həmin məbləğin ölkədəki əsas istehlak xərclərini nə qədər qarşıladığına baxmaq daha düzgün olar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1392 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 268 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 398 Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13.11.2026 248 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 311 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
13.11.2026 272 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252