Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
Külli miqdarda vergi borcu olan daha bir iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, ölkədə fəaliyyət göstərən bir şəxsə məxsus iki şirkətin dövlət büdcəsinə ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu yaranıb. Borcların ödənilməsi barədə dəfələrlə şirkətlərə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.
Nəticədə Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş İdarəsi məhkəmədə həmin şirkətlərin rəhbəri qarşısında iddia qaldırıb. İddiada qeyd olunan borclar ödənilmədiyi təqdirdə MMC-lərin rəhbərinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunması xahiş olunur.
Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, MMC-lərin ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu ödənilənədək onların 63 yaşlı rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 854 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 268 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 398 Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13.11.2026 248 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 311 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
13.11.2026 272 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252