Dağ-mədən və metallurgiyada rəqəmsal dönüş: Yeni dövlət proqramı nə vəd edir?
"Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanan yeni Dövlət Proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyaları ilə əlaqələndirməyi hədəfləyir".
Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.
O, qeyd edib ki, sənayenin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı idarə olunması üçün süni intellektin tətbiqi artıq seçimdən daha çox zərurətə çevrilir. Ekspertlərin fikrincə, Sİ texnologiyalarının dağ-mədən və metallurgiya sektorlarına inteqrasiyası bir sıra mühüm istiqamətlərdə ciddi dəyişikliklər yarada bilər:
"Mədən sektorunda süni intellekt geofiziki məlumatların daha dərin və dəqiq təhlilinə imkan verərək faydalı qazıntı yataqlarının aşkarlanmasını və qiymətləndirilməsini təkmilləşdirə bilər. Eyni zamanda, avtonom dronların və sürücüsüz mədən avadanlıqlarının tətbiqi insan faktorundan qaynaqlanan risklərin azaldılmasına və işçi təhlükəsizliyinin yüksəldilməsinə şərait yarada bilər.
Metallurgiyada isə əsas imkanlardan biri istehsal proseslərinin optimallaşdırılmasıdır. Temperatur, təzyiq və kimyəvi tərkib kimi mürəkkəb parametrlərin süni intellekt vasitəsilə real vaxt rejimində monitorinqi məhsulun keyfiyyətinin yüksəldilməsinə və enerji səmərəliliyinin artırılmasına kömək edə bilər. Bu isə istehsal xərclərinin azalmasına və karbon emissiyalarının minimuma endirilməsinə imkan yarada bilər.
Strateji baxımdan isə Dövlət Proqramı çərçivəsində bu texnologiyaların tətbiqi Azərbaycanın qlobal dəyər zəncirində daha rəqabətqabiliyyətli mövqe tutmasına xidmət edə bilər. Yeni dövrün əsas tələbi yalnız təbii resurslardan səmərəli istifadə etmək deyil, həm də həmin resursların emalı və istehsal proseslərinin müasir, rəqəmsal və "ağıllı" texnologiyalar əsasında idarə olunmasıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 121 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDağ-mədən və metallurgiyada rəqəmsal dönüş: Yeni dövlət proqramı nə vəd edir?
"Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanan yeni Dövlət Proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyaları ilə əlaqələndirməyi hədəfləyir". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"
15:11 108 ATATÜRK UNİVERSİTETİNDƏN HƏYAT RESEPTİ
Elm sərhədləri aşdı, Ərzurumun sabahları təminat altına alındı!. Tədqiqat Universitetlərinin Performans Qiymətləndirilməsində 13-cü sıraya yüksələn və Keyfiyyət göstəricisində Türkiyədə 3-cü olan Atatürk Universiteti təkcə akademik uğura deyil, həm də Ərzurum, Şərqi Anadolu və bütün Türkiyə adına stratej
13:23 149 Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir
Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərənca
14:23 133 Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidir
Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında" qərar verib. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmaya
10:43 269 "Yaxın Şərqdə yeni güc balansı formalaşır və Türkiyə bu balansın kənarında deyil, bilavasitə içərisindədir" - BƏHRUZ QULİYEV
"Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı son açıqlamasına yalnız Türkiyə-Səudiyyə münasibətləri çərçivəsində baxmaq düzgün olmazdı. Burada daha böyük və daha ciddi regional proses gedir. Hakan Fidan açıq şəkildə bildirib ki, Səudiyyə Ərəbistanını
12:24 202 Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22.09.2026 329 Azərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
10:13 150 "Təbii ehtiyatların səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir" - RASİM QULİYEV
"Azərbaycanın həm verimli torpaqları, həm təbii ehtiyatları baxımından çox zəngin bir hissəsi artıq qırx ilə yaxın bir müddətdə istifadəmizden kənarda qalmışdı. Zəfər qələbəmizə qədərki müddətdə təbii sərvətlərimiz Ermənistan və beynəlxalq şirkətlər tərəfindən vəhşicəsinə istismar edilmiş, qiymətl
12:45 194 Hava ilə bağlı - Xəbərdarlıq
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı
15:36 102