Dağ-mədən sənayesində yeni mərhələ: Dövlət Proqramı hansı imkanları yaradacaq?
"Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanda iqtisadiyyatın əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi də bu sahəyə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini təsdiqləyir".
Bunu BiG.AZ-a açıqlamasında YAP üzvü Türkan Cümşüdova bildirib.
O, qeyd edib ki, bir tərəfdən sənayeləşmə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir, digər tərəfdən isə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı çərçivəsində bu sahələrin imkanlarından daha səmərəli istifadə əsas hədəflərdəndir:
"Azərbaycanın dağ-mədən sənayesinin potensialı yüksək olsa da, ötən müddətdə bu imkanlardan tam istifadə olunmayıb. Təsadüfi deyil ki, yeni Dövlət Proqramının təqdimatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev də bu məsələyə diqqət çəkərək bildirib ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərdən lazımi səviyyədə inkişaf etməyib. Dövlət başçısı obyektiv səbəblər sırasında sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında olan ərazilərdə yerləşməsini qeyd edib və həmin dövrdə Azərbaycanın qızıl, mis və molibden kimi təbii resurslarının talan edildiyini vurğulayıb.
Hazırda bir sıra perspektivli yataqların hələ də geoloji kəşfiyyat mərhələsini gözlədiyini bildirən Prezident İlham Əliyev bu istiqamətdə Dövlət Proqramı əsasında konkret mexanizmlərin tətbiq olunacağını diqqətə çatdırıb. İlk növbədə, işğaldan azad edilmiş ərazilərdə mövcud yataqların istismara verilməsi nəzərdə tutulur. Dövlət başçısı Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarında yaxın gələcəkdə istismara başlanılacağına əminliyini ifadə edib.
Belə bir Dövlət Proqramının hazırlanması və bu məsələyə həsr olunmuş müşavirənin keçirilməsi dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yeni təşviq mexanizmlərinin tətbiqi, investisiyaların cəlb edilməsi və mövcud resurslardan daha səmərəli istifadə sənayenin inkişafına əlavə imkanlar yarada bilər.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların iqtisadi dövriyyəyə cəlb olunması həm həmin bölgələrin iqtisadi inkişafına, həm də ölkənin sənaye potensialının genişlənməsinə töhfə verə bilər. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı yalnız ayrı-ayrı yataqların istismarı məsələsi deyil, eyni zamanda sənayeləşmənin dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal imkanlarının yaradılması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, dövlət başçısının sədrliyi ilə belə bir müşavirənin keçirilməsi dağ-mədən və metallurgiya sənayesinin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirildiyini göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 750 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında
İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını
13.11.2026 342 Şənbə günü hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76
13.11.2026 268 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 331 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 398 Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13.11.2026 248 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 311 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 405 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
13.11.2026 272 Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ
13.11.2026 252