"Həkim səhlənkarlığı ucbatından bu günə qaldım"

"Həkim səhlənkarlığı ucbatından bu günə qaldım""Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən 3 dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur da. Sınıq ağrısı necə ola bilər? Barmaqlarımdan ayaqlarıma qədər ağrıyıram".

BiG.AZ Moderator.az-a istinadən xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Hicran Nəsirova deyib.

"Türkiyədə iki həkim sınığı gördü və ilk sualı bu oldu ki, yıxılmısan?! Dedim ki, yox. Soruşdular ki, bəs bu sınıq hardandır?! Dedim ki, analiz götürəndə sındırıblar. Həkimlərin gözü kəlləsinə çıxdı ki, belə analiz götürərlər?! Çəkici elə vurublar ki, sümük sınıb. Onsuz da sümüyüm ovulub gedir. Bir tərəfdən də həmin yerdə onkologiya var, o da sümüyü məhv edir. Mənə ayda 1 dəfə sümük iynəsi vurulur. O özü 800 eurodur. İndi görün də. Deməsinlər ki, təqaüd alır, pensiya alır. Vallah hamısı dərmana, iynəyə gedir",- o bildirib.

Hicran Nəsirova qeyd edib ki, bütün günü evdə olur və sənət üçün darıxır:

"Xalq artisti Səidə Quliyeva vaxtaşırı mənimlə əlaqə saxlayır. Digərləri də yadlarına düşəndə zəng edirlər. Heç kimi qınamıram da. Hər kəsin işi-gücü var, məşq edirlər, ailələri ilə məşğul olurlar. İndi heç sənət də yada düşmür. Heç nə gözümdə deyil. Əvvəl heyfislənirdim ki, yaş gedir, mən çatdırmadım, bu rolu mənə vermədilər. İndi canımla əlləşirəm. Hamıya can sağlığı arzulayıram. Aktyorluq elə bir sənətdir ki, orada mütləq sağlamlıq lazımdır. Hazırda nəvələrimlə günümü keçirirəm. Oturub-dura bilmirəm. Balaca nəvəmin 4 yaşı var. Deyir ki, "nənə, gəl sənə kömək edim, otur-dur". Onlardan bir az stimul alıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.