Ermənistan kəşfiyyat rəhbərinin Bakı səfəri: Sülh üçün yeni kommunikasiya imkanı

Ermənistan kəşfiyyat rəhbərinin Bakı səfəri: Sülh üçün yeni kommunikasiya imkanıErmənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın Bakıya səfəri, ilk növbədə, Azərbaycan və Ermənistan arasında təhlükəsizlik müstəvisində təmasların genişlənməsi baxımından diqqət çəkən hadisədir. Qriqoryan sentyabrın 22-də Bakıda keçirilən IV Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib və həmin gün Bakını tərk edərək İrəvana qayıdıb. Ermənistan tərəfi də səfərin məhz forumda iştirak məqsədi daşıdığını təsdiqləyib.

Amma burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: söhbət adi diplomatik nümayəndədən deyil, Ermənistanın xarici kəşfiyyat xidmətinin rəhbərindən gedir. Belə bir şəxsin Bakıya gəlməsi Azərbaycan-Ermənistan münasibətlərində təhlükəsizlik məsələləri üzrə təmasların artıq yalnız siyasi-diplomatik kanallarla məhdudlaşmadığını, xüsusi xidmətlər səviyyəsində də müəyyən kommunikasiya imkanlarının yarandığını göstərir.

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, bundan dərhal "sülh prosesi ilə bağlı konkret razılaşma əldə olunub" nəticəsini çıxarmaq olmaz. Çünki səfərin rəsmi gündəliyi açıqlanmayıb. Lakin belə təmaslar üçün siyasi və təhlükəsizlik kanallarının açıq saxlanılması özü müsbət amildir.

Azərbaycan və Ermənistan arasında sülhün əsas təminatlarından biri qarşılıqlı etimadın formalaşdırılmasıdır. Etimad isə yalnız liderlərin görüşləri ilə yaranmır. Təhlükəsizlik strukturları arasında birbaşa və peşəkar dialoq da bu prosesin mühüm tərkib hissəsidir.
Ermənistan kəşfiyyat rəhbərinin Bakı səfəri: Sülh üçün yeni kommunikasiya imkanıÜstəlik, ötən il də Ermənistanın yüksək səviyyəli təhlükəsizlik rəsmisinin Bakıda eyni forumda iştirak etdiyini nəzərə alsaq, bunu tək-tək hadisədən daha çox, müəyyən təmas xəttinin formalaşması kimi qiymətləndirmək mümkündür.

"Bu baxımdan Kristine Qriqoryanın səfərini sülh prosesində dərhal dönüş yaradan hadisə kimi deyil, sülh üçün yeni kommunikasiya və təhlükəsizlik imkanlarının yaranmasına xidmət edə biləcək bir təmas kimi qiymətləndirmək daha doğru olar.

Əgər bu cür təmaslar konkret təhlükəsizlik məsələlərinin həllinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və əldə olunmuş sülh razılaşmalarının praktik icrasına xidmət edərsə, onda bu səfərin siyasi əhəmiyyəti də zaman keçdikcə daha aydın görünəcək.

Əsas məsələ bundan sonra hansı addımların atılacağıdır. Çünki sülh yalnız sənədlərin imzalanması ilə deyil, həmin sənədlərin arxasında real siyasi iradə, qarşılıqlı etimad və təhlükəsizlik təminatlarının formalaşdırılması ilə möhkəmlənir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 802   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.