Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilir

Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilirDağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm imkanlar yaradır. Bununla belə, uzun illər ərzində mövcud potensialdan tam və səmərəli istifadə etmək mümkün olmayıb. İşğal faktoru da Azərbaycanın bir sıra mühüm mineral yataqlarından istifadəsini məhdudlaşdıran əsas amillərdən biri olub.
Prezident İlham Əliyev sentyabrın 22-də "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını həm obyektiv, həm subyektiv səbəblərə görə əngəlləyən səbəblərdən söz açıb. Bildirib ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını, yəni qızıl, mis, molibden yataqlarımızı talamaqda da davam etdirirdi.
İşğal dövründə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı məsələsi də bu baxımdan xüsusi diqqət çəkir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qızıl, mis, molibden və digər mineral yataqları Ermənistan tərəfindən qanunsuz şəkildə istismar edilib. Keçmiş işğal dövründə Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsullarının (qızıl, mis, sink və s.) xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil edilib. Hətta bəzi mənbələrə görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Bu işdə erməni vandallarına bəzi xarici şirkətlər də yardımçı olub. Bu baxımdan, ərazilərin işğaldan azad olunması yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası deyil, həm də ölkənin təbii resurslarından öz iqtisadi inkişafı naminə istifadə imkanlarının genişlənməsi baxımından yeni mərhələ yaradıb. Bu gün qarşıda duran əsas vəzifələrdən biri mövcud yataqların müasir üsullarla öyrənilməsi, onların ehtiyatlarının dəqiqləşdirilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident, həmçinin vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan konkret mexanizmlər əsasında dağ-mədən sənayesi inkişaf etdiriləcək, birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqlar tezliklə işə salınacaq: "Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq".
Qeyd edək ki, o rayonların digər bölgələrində, həm qonşu rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikası da böyük təbii resurslar var. Bu məqsədlə həmin ərazilərdə də kəşfiyyat işlərinin, geoloji kəşfiyyat işlərinin aparılacağı istisna deyil. Prezidentin sözlərinə görə, artıq buna da start verilib. Naxçıvan Muxtar Respublikasında isə gələn ildən geoloji kəşfiyyat işlərinə başlanılacaq. Mövcud resursların müasir texnologiyalar əsasında öyrənilməsi yeni yataqların müəyyənləşdirilməsi və gələcəkdə onların iqtisadi dövriyyəyə cəlb olunması üçün imkanlar yarada bilər. Bu isə dağ-mədən sənayesinin yalnız hazırda məlum olan yataqlar hesabına deyil, yeni kəşfiyyat nəticələri əsasında da genişlənməsinə şərait yaradacaq. Ölkə Prezidenti, həmçinin bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bunlar Azərbaycanın dağ-mədən sənayesinin qarşıdakı illərdə yeni mərhələyə qədəm qoyacağını göstərir. Şübhəsiz, bu sahənin inkişafı yeni istehsal sahələrinin yaradılmasına, sənaye potensialının gücləndirilməsinə, regionlarda məşğulluğun artırılmasına və yerli xammal bazasının genişləndirilməsinə təkan verəcək. Bütün bunlar göstərir ki, dağ-mədən sənayesinə yanaşma artıq yalnız ayrı-ayrı yataqların istismarı məsələsi kimi nəzərdən keçirilmir. Qarşıya qoyulan məqsəd mineral resurslardan daha səmərəli istifadə etməklə hasilat, emal, metallurgiya, sənaye istehsalı və ixrac arasında vahid iqtisadi zəncir yaratmaqdır. Bu baxımdan yeni Dövlət Proqramı sektorun inkişafı üçün uzunmüddətli və sistemli çərçivə formalaşdırır.
Qeyd edək ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində - 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezidentin fikrincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur.
Nəticə etibarilə, dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə, sənaye potensialının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, regionların iqtisadi fəallığının artmasına və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər. Qarşıdakı illərdə bu sahədə həyata keçiriləcək layihələr Azərbaycanın zəngin mineral ehtiyatlarının iqtisadi üstünlüyə çevrilməsinə imkan yaradacaq. Başqa sözlə, dağ-mədən sənayesi də ölkə iqtisadiyyatının inkişafında öz sözünü deyəcək və qeyri-neft sektorunun yeni artım mənbələrindən birinə çevriləcək.

Qvami Məhəbbətoğlu - araşdırmaçı jurnalist


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.