Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişi

Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişiAzərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-1914-cü illər ərzində Almaniyanın "Siemens" şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl, gümüş, "Bittibulaq" yatağından isə mis çıxarıb.
XX əsrin əvvəllərində digər alman şirkəti "Vagau" Balakən rayonunun ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olub. Ötən əsrin ortalarında mədən texnikasının inkişafı və bərk faydalı qazıntıların zənginləşdirilməsi ilə bir sıra faydalı filiz yataqları istifadəyə verilib. Bunlara Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşkəsən, Paraqaçay molibden, Gümüşlük polimetal mədənləri və digərləri daxildir.
Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib. Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı dayandırılıb.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 23 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə dövlətimizin başçısı dağ-mədən sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib: "Bu çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə, bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək".
Azərbaycanın dağ-mədən sənayesinin potensialı yüksək olsa da, ötən müddətdə bu imkanlardan heç də tam istifadə olunmayıb. Təsadüfi deyil ki, bu perspektivli sahənin inkişafını sürətləndirmək məqsədilə işlənib hazırlanmış yeni Dövlət Proqramının təqdimatına həsr olunmuş müşavirədə ölkə rəhbəri deyib: "Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi... O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi".
Hazırda bir çox perspektivli yataqlarımızın hələ də öz geoloji kəşfiyyat dövrünü gözlədiyini vurğulayan Prezident İlham Əliyev bu məsələlərin həlli üçün Dövlət Proqramı əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınacağını diqqətə çatdırıb. Bu baxımdan Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarında yaxın gələcəkdə istismara başlanılacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində - 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyevin təbirincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur.
Ölkə rəhbəri müşavirədə müasir geoloji üsullarla mövcud yataqların potensial ehtiyatlarının tam dəqiqləşdirilməsi ilə bağlı konkret tapşırıqlar da verib. Qeyd olunub ki, sovet dövründə müəyyən rəqəmlər olsa da, o dövrdən təxminən 40 il keçdiyindən həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar mövcuddur. Eyni zamanda, istər sovet dövründə, istərsə də son illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını diqqətə çatdıran Prezident İlham Əliyev burada ehtimal olunan yataqların lazımınca öyrənilmədiyini bildirib. Bu məqsədlə gələn ildən muxtar respublikada geoloji kəşfiyyat işlərinə başlanacağı diqqətə çatdırılıb.
Ölkə Prezidenti bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Dövlət başçısının sözlərinə görə, burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır.
Azərbaycanda dağ-mədən sənayesinin son məhsula qədər tam zəncirinin yaradılmasının vacibliyini önə çəkən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Daşkəsəndə filiz hasilatı, zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Bununla yanaşı, iqtisadi səmərəliliyə nail olunması üçün filizin daşınması ilə bağlı tariflərdə güzəştlərin edilməsinin zəruriliyi vurğulanıb.
Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilməklə bu önəmli sənaye istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, yeni proqram əsasında 2030-cu ilin sonuna qədər ölkəmizdə alüminium istehsalı 100 min tona çatdırılmalıdır.
"Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın maliyyə təminatının bütün müvafiq qurumlarla razılaşdırıldığını bildirən Prezident İlham Əliyev onun icrasında yerli və xarici investorların da iştirakı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.