Əmlak alarkən yalnız qiymətə baxmayın: Bakıda perspektivli ərazilər

Əmlak alarkən yalnız qiymətə baxmayın: Bakıda perspektivli ərazilərBakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: hansı ərazidə bu gün alınan əmlakın gələcəkdə dəyərini artıracaq fundamental amillər mövcuddur?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, əmlak seçimində yalnız bugünkü qiymətə baxmaq düzgün yanaşma deyil. Əsas məsələ həmin ərazinin inkişaf perspektivini qiymətləndirməkdir. Burada nəqliyyat infrastrukturu, metroya çıxış, yeni yollar, sosial infrastruktur, yeni yaşayış və kommersiya layihələri, ərazidə torpaq ehtiyatlarının azalması və daşınmaz əmlaka olan real tələb kimi amillər birlikdə nəzərə alınmalıdır:

"İlk növbədə Xətai rayonunun inkişaf edən hissələrini qeyd etmək olar. Xüsusilə Ağ Şəhər və onun ətrafında həyata keçirilən şəhərsalma, nəqliyyat və tikinti layihələri ərazinin strukturunu dəyişir. Daha önəmlisi, Bakı Metropoliteninin 2030-cu il inkişaf sxemində Ağ Şəhər, NZS, keçmiş Bakı Avtomobil Zavodu ərazisi və Həzi Aslanov istiqamətində yeni stansiyaların yaradılması nəzərdə tutulur. Bu tip infrastruktur layihələri ərazinin əlçatanlığını artırdığı üçün daşınmaz əmlakın gələcək bazar cəlbediciliyinə təsir edən amillərdən biri ola bilər.
Əmlak alarkən yalnız qiymətə baxmayın: Bakıda perspektivli ərazilərİkinci istiqamət kimi Yasamal rayonunun inkişaf edən hissələrini göstərmək mümkündür. Burada əsas üstünlüklər artıq formalaşmış yaşayış mühiti, şəhər mərkəzinə yaxınlıq, nəqliyyat və sosial infrastrukturun mövcudluğudur. Bu amillər ərazidə mənzilə olan tələbin qorunmasına və əmlakın likvidliyinə təsir göstərə bilər.

Nərimanov və Nəsimi kimi mərkəzə yaxın rayonlarda isə başqa üstünlük mövcuddur. Burada əsas faktor ərazinin sıfırdan formalaşması deyil, artıq formalaşmış yüksək tələb və likvidlikdir. 2026-cı ilin məlumatlarında Nərimanov və Nəsimi ikinci əl mənzil bazarında yüksək qiymətli rayonlar sırasında görünür. Buna görə də belə ərazilərdə alıcı üçün əsas məsələ "ucuz alıb qısa müddətdə bahalaşdırmaq" deyil, daha çox likvid və uzunmüddətli dəyəri qoruma potensialı olan əmlak seçməkdir.

Digər tərəfdən, Sabunçu, Suraxanı, Binəqədi və Xəzər rayonlarının müəyyən hissələri daha aşağı giriş qiyməti baxımından diqqət çəkə bilər. Lakin burada seçim zamanı yalnız qiymətin aşağı olması əsas meyar kimi götürülməməlidir. Ərazinin gələcəkdə nə qədər inkişaf edəcəyi, nəqliyyat imkanlarının necə dəyişəcəyi, yeni layihələrin planlaşdırılıb-planlaşdırılmadığı və həmin ərazidə real alıcı tələbinin olub-olmaması ayrıca araşdırılmalıdır.

Nəticə etibarilə, Bakıda daşınmaz əmlak alarkən "ən yaxşı rayon" anlayışından daha çox "ən doğru seçilmiş ərazi" yanaşması önə çıxır. Eyni rayon daxilində belə, bir küçə və ya yaşayış kompleksi digərindən ciddi şəkildə fərqlənə bilər. Buna görə də əmlakın gələcək dəyərini müəyyənləşdirərkən bugünkü qiymətlə yanaşı, ərazinin inkişaf dinamikası, nəqliyyat əlçatanlığı, infrastruktur layihələri və real bazar tələbi birlikdə qiymətləndirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 856   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.