"Xammalın ölkə daxilində emalı genişlənir" - Açıqlama

"Xammalın ölkə daxilində emalı genişlənir" - AçıqlamaAzərbaycan 2027-2030-cu illəri əhatə edəcək Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ilə mineral resursların iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsini və bu sahədə yeni istehsal zəncirinin formalaşdırılmasını hədəfləyir. Azərbaycanın zəngin mineral resurs potensialı fonunda əsas məsələ yalnız yeni yataqların istismara verilməsi deyil, hasil olunan xammalın ölkə daxilində daha dərindən emal edilərək yüksək əlavə dəyərli məhsullara çevrilməsidir.

Bu baxımdan geoloji kəşfiyyatdan hasilata, zənginləşdirmədən metallurgiyaya qədər bütün mərhələlərin inkişaf etdirilməsi proqramın iqtisadi nəticələrini müəyyən edən əsas amillərdən biri olacaq.

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının hazırlanması Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi baxımından mühüm addımdır". Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında deyib.
"Xammalın ölkə daxilində emalı genişlənir" - AçıqlamaAzərbaycanın kifayət qədər mineral resurs potensialı var və əsas məsələ həmin resurslardan yalnız xammal kimi istifadə etmək deyil, onların ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Bu baxımdan geoloji kəşfiyyat işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Yeni yataqların müəyyənləşdirilməsi və mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi gələcək investisiya və istehsal imkanlarını genişləndirə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mineral resursların öyrənilməsi həmin ərazilərin iqtisadi reinteqrasiyasına da töhfə verə bilər.

"Filizçay" kimi polimetal yataqlarının istismara hazırlanması isə daha geniş istehsal zəncirinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Burada məqsəd yalnız filizin çıxarılması olmamalıdır. Filizin zənginləşdirilməsi, emalı və mümkün qədər metal və hazır sənaye məhsullarına çevrilməsi ölkə iqtisadiyyatında daha çox əlavə dəyərin qalmasına, yeni iş yerlərinin və əlaqəli sənaye sahələrinin yaranmasına imkan verə bilər. Qərb Sənaye Parkı kimi layihələrin də əhəmiyyəti bundan ibarətdir ki, mədən sənayesi ilə emal və metallurgiya arasında əlaqəni gücləndirmək mümkündür. Bu zəncir qurularsa, dağ-mədən sektorunun təsiri yalnız hasilat sahəsi ilə məhdudlaşmayacaq, maşınqayırma, tikinti, enerji, nəqliyyat, logistika və digər sənaye sahələrinə də yayıla bilər.

Dövlət Proqramının iqtisadi nəticəsini yalnız yeni yataqların istismara verilməsi və ya hasilat həcminin artması ilə ölçmək düzgün olmaz. Əsas göstəricilər ölkə daxilində yaradılan əlavə dəyərin artması, emalın dərinləşdirilməsi, metallurgiya məhsullarının istehsalı, qeyri-neft ixracının genişlənməsi və idxaldan asılılığın azalması olmalıdır. Bununla yanaşı, mədən sənayesində ekoloji təhlükəsizlik, su və enerji resurslarından səmərəli istifadə də proqramın əsas istiqamətlərindən biri olmalıdır.

Ümumilikdə, proqram düzgün icra olunarsa, Azərbaycanın xammal ixrac edən ölkədən mineral resursları daha dərin emal edən və daha yüksək əlavə dəyərli sənaye məhsulları istehsal edən ölkəyə çevrilməsi prosesini sürətləndirə bilər. Burada əsas məsələ yataqların sadəcə istismara verilməsi deyil, "yataq-hasilat-zənginləşdirmə-emal-metallurgiya-hazır məhsul-ixrac" zəncirinin mümkün qədər ölkə daxilində formalaşdırılmasıdır, - deyə ekspert bildirib.

Nuran Əhmədzadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərbil və Süleymaniyyə yenidən bölünə bilər: Kürdüstanın gələcəyi sual altında

İraq Kürdüstanında siyasi vəziyyət getdikcə gərginləşir. Regionun iki əsas siyasi qüvvəsi - Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılığı artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasını

13.11.2026 342
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 268
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 331
.

Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər

13.11.2026 398
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13.11.2026 248
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 311
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 405
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 272
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13.11.2026 252
.