MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"

MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"Paxıllıq insan münasibətlərinə mənfi təsir edən, bəzən isə insanın öz psixoloji və fiziki sağlamlığına zərər vuran hisslərdən biridir. Bəs paxıllıq haradan yaranır və insanın həyatına necə təsir edir?

Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"-nin psixoloqu Mirsadiq Muxtarov BiG.AZ-a açıqlaması zamanı bir sıra məqamlara toxunaraq paxıllıq və qısqanclığın insan psixologiyasına və münasibətlərinə vurduğu zərərlərdən danışıb:
MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır""İlk növbədə bir məsələni nəzərə almaq lazımdır ki, paxıllıq və qısqanclıq gündəlik həyatda çox zaman eyni mənada istifadə olunsa da, psixoloji baxımdan bunlar fərqli emosional vəziyyətlərdir. Paxıllıq əsasən insanın başqasının sahib olduğu və özündə olmayan bir xüsusiyyətə, imkana, uğura, münasibətə, maddi vəziyyətə və ya sosial statusa yönələn emosional reaksiyasıdır. Burada da, sosial müqayisə əsas rol oynayır. İnsan başqasının sahib olduqları ilə öz imkanlarını müqayisə edir və aradakı fərq onda narahatlıq, narazılıq və çatışmazlıq hissi yarada bilir.

Qısqanclıq isə daha çox insan üçün dəyərli olan münasibəti, şəxsi və ya mövqeyi itirmək qorxusu ilə bağlıdır. Xüsusilə diqqətlə müşahidə etsək, romantik münasibətlərdə bunu daha aydın müşahidə etmək mümkündür. İnsan partnyorunun diqqətini və sevgisini başqa biri ilə bölüşəcəyindən və ya münasibətin təhlükə altında olduğundan narahat olduqda qısqanclıq yaranır. Buna görə sadə şəkildə desək, paxıllıq daha çox başqasının sahib olduğu şeylərlə özümüzün sahib olduqlarımız arasındakı müqayisədən, qısqanclıq isə sahib olduğumuzu itirmək qorxusundan qaynaqlanır".

Psixoterapevtin sözlərinə görə, paxıllıq hissinin özü insanı avtomatik olaraq pis və ya mənfi xarakterli biri kimi müəyyən etmir. Demək olar ki, hər bir insan həyatının müəyyən dövrlərində belə hiss yaşaya bilər:

"Burada əsas məsələ həmin hissin nə qədər davam etməsi, hansı səbəbdən yaranması və insanın bu hisslə necə davranmasıdır. Paxıllığa daha çox meyilli insanlarda özünü başqaları ilə davamlı müqayisə etmək, öz dəyərini xarici göstəricilərlə, başqa sözlə gözləntilərlə ölçmək, öz həyatından narazılıq və özünəinamla bağlı çətinliklər müşahidə oluna bilər. Belə hallarda başqasının uğuru insan tərəfindən öz uğursuzluğunun göstəricisi kimi qəbul edilə bilər. Halbuki başqa bir insanın uğur qazanması bizim uğursuz olduğumuzu göstərmir. Hər bir insanın imkanları, həyat şəraiti, başlanğıc nöqtəsi və inkişaf tempi fərqlidir. Paxıllıq anlayışında maraqlı tərəflərdən biri də onun insanın öz ehtiyacları haqqında müəyyən məlumat verə bilməsidir.

Bu məqamı psixologiyada məşhur amerikan sosial psixoloqu, Leon Festingerin "sosial müqayisə nəzəriyyəsi" ilə izah etmək mümkündür. Bu nəzəriyyəyə görə, insanlar öz imkanlarını, nailiyyətlərini və mövqelərini qiymətləndirərkən təbii olaraq özlərini digər insanlarla müqayisə edirlər. Dediyimizi izah etməli olsaq, məsələn, bir insanın başqa şəxsin karyera uğuruna paxıllıq etməsi onun öz peşəkar inkişafı ilə bağlı narazılığından xəbər verə bilər. İnsan başqasının xoşbəxt münasibətinə və ya ailə həyatına paxıllıq edirsə, bu, bəzən onun öz həyatında emosional yaxınlığa, sevgiyə və güvənə olan ehtiyaclarının kifayət qədər qarşılanmadığını göstərə bilər. Bu baxımdan paxıllıq hissini yalnız mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır. Əslində bunun özü də bir fərqindəlikdir".

Psixoloq hesab edir ki, sosial medianın da bu baxımdan təsiri kifayət qədər böyükdür. Sosial şəbəkələrdə insanlar adətən həyatlarının bütün tərəflərini deyil, daha çox nümayiş etdirmək istədikləri hissələri paylaşırlar:

"Biz başqasının səyahətini, uğurunu, gözəl münasibətini, maddi imkanlarını və xarici görünüşünü görə bilirik, lakin həmin insanın həyatında yaşadığı çətinlikləri, uğursuzluqları, stressi və problemləri çox zaman görmürük. Nəticədə insan öz həyatının bütün reallığını başqasının həyatının seçilmiş və idealizə edilmiş görüntüləri ilə müqayisə etməyə başlayır. Bu isə sağlam müqayisə deyil. Sosial mediada davamlı şəkildə başqalarının həyatını izləmək müəyyən insanlarda özünə qarşı narazılığı, yetərsizlik hissini və paxıllığı gücləndirə bilər. Xüsusilə insan öz dəyərini sosial status, maddi imkan, xarici görünüş və ya başqalarının təsdiqi ilə ölçməyə başlayırsa, bu təsir daha da güclənir" .
M.Muxtarov eyni zamanda onu da vurğulayıb ki, paxıllıq hissindən tamamilə xilas olmaq məsələsinə realist yanaşmaq lazımdır. Məqsəd heç vaxt paxıllıq hiss etməyən bir insana çevrilmək deyil. Emosiyalar insan psixikasının təbii hissəsidir və onların müəyyən vəziyyətlərdə yaranması normaldır. Vacib olan həmin emosiyanı tanımaq, onun səbəbini anlamaq və davranışlarımızı idarə edə bilməkdir:

"İnsan özündə paxıllıq hiss etdikdə ilk növbədə bu hissin hansı vəziyyətdə yarandığına diqqət yetirə bilər. Nə məni narahat etdi, həmin insanda nəyi gördüm, əslində mənim hansı ehtiyacım qarşılanmır və həyatımda nəyi dəyişmək istəyirəm kimi suallar insanın özünü daha yaxşı anlamasına kömək edə bilir. Eyni zamanda, özünü davamlı şəkildə başqaları ilə müqayisə etmək əvəzinə şəxsi inkişafına diqqət yetirmək daha sağlam yanaşmadır. İnsan başqasının əldə etdiklərinə deyil, öz məqsədlərinə və inkişafına fokuslandıqca sosial müqayisənin yaratdığı mənfi emosiyalar da azala bilər. Əgər paxıllıq hissi insanın münasibətlərinə, özünə münasibətinə və gündəlik həyatına ciddi şəkildə təsir göstərirsə, bu zaman psixoloji dəstək almaq faydalı ola bilər. Ona görə ki, bayaq da qeyd etdiyimiz kimi bunun özü də bir fərqindəlikdir və bəzən problemin özündə paxıllıq hissindən daha çox, həmin hissin altında dayanan özünəinam problemi, qarşılanmamış ehtiyaclar, uğursuzluq qorxusu və ya uzunmüddətli narazılıq dayanır".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 227
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 216
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 231
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 177
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

19:00 1
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 250
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 226
.