Kallas: Rusiya bizi qorxuda bilməz - sərnişin qatarına hücumu pislədi

Kallas: Rusiya bizi qorxuda bilməz - sərnişin qatarına hücumu pislədiAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukrayna-Polşa sərhədi yaxınlığında sərnişin qatarına endirdiyi zərbəni Qərbə mesaj kimi qiymətləndirib.
Kallas Finlandiyada keçirilən Arktika konfransı çərçivəsində bildirib ki, Avropa Rusiyanın təzyiqindən çəkinməməli və Ukraynaya dəstəyini davam etdirməlidir.

"Bu, açıq şəkildə Qərb dünyasına göndərilən mesaj idi. Biz bu mesajdan əks nəticə çıxarmalıyıq. Ukraynanın yanında olduğumuzu və qorxmadığımızı göstərməliyik. Əks halda Rusiya istədiyinə - Ukraynanın tabe etdirilməsinə nail olacaq", - deyə Kallas bildirib.

Ukraynanın dəmir yolları şirkətinin məlumatına görə, Rusiyanın PUA zərbəsindən qısa müddət əvvəl Ukrayna-Polşa sərhədindən yüksək səviyyəli diplomatlar və keçmiş dövlət xadimlərini daşıyan qatar keçib. Sərnişinlər arasında Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, keçmiş MKİ direktoru Devid Petreus və İsveçin keçmiş baş naziri Karl Bildt də olub.

Qatarın planlaşdırılandan əvvəl yola düşdüyü və buna görə də Rusiyanın zərbəsinin məhz həmin qatarı hədəf almış ola biləcəyi bildirilir.

Fransanın xarici işlər naziri Jan-Noel Barro da hücumları pisləyərək, məqsədin avropalıları qorxutmaq, Ukraynaya dəstəkdən çəkindirmək və onları parçalamaq olduğunu deyib.

Bu arada, Ukraynaya gecə ərzində həyata keçirilən genişmiqyaslı hücumlarda 450-dən çox Rusiya PUA-sı və raketindən istifadə edildiyi bildirilir. Hücumlar nəticəsində azı 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri 405 PUA və 4 raketin zərərsizləşdirildiyini açıqlayıb.

Polşanın Baş naziri Donald Tusk isə Rusiyanın hücumlarının yaxın həftələrdə daha da intensivləşə biləcəyini və eskalasiyanın Polşa ərazisinə də təsir göstərə biləcəyini istisna etməyib.

Tusk bildirib ki, Polşa və müttəfiq ölkələrin kəşfiyyat xidmətləri Ukrayna sərhədində belə bir hücumun mümkünlüyü barədə əvvəlcədən xəbərdar olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 221
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

15:22 278
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 236
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

17:50 185
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 172
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 213
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

15:36 223
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 238
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

16:11 225
.