"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğu təkzibedilməz faktlarla sübut olunur. Min ilə yaxın müstəqil siyasi mövcudluğunu saxlayan Albaniya dövləti, Şərq xristianlıq ənənəsinin özünəməxsus mərkəzlərindən biri kimi zəngin memarlıq, idarəetmə və dini-mədəni infrastruktura malik olmuş, Cavanşir kimi görkəmli hökmdarların iri imperiyalar arasında balanslaşdırılmış siyasi xətti regionun müstəqilliyini qorumuş, Alban Apostol Kilsəsi isə özünün avtokefal statusu ilə Şərq xristian aləmində aparıcı və müstəqil mövqe tutmuşdur". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Bərhuz Məhərrəmov bildirib.

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz MəhərrəmovOnun sözlərinə görə, bu baxımdan, sözügedən tarixi-mədəni irs birmənalı və istisnasız şəkildə Azərbaycan xalqının İslamdan əvvəlki dövrə aid milli-mənəvi sərvətidir və son dövrlərdə xarici ölkələrin qanunverici orqanlarında, ayrı-ayrı siyasi beyin mərkəzlərində və qərəzli media resurslarında bu zəngin irsin "erməni mədəniyyəti" kimi qələmə verilməsi siyasi spekulasiyadan başqa bir şey deyil: "Məhz bu çərçivədə bəzi xarici dairələrin "xristian irsinin qoruyucusu" cildinə girərək apardığı dırnaqarası müdafiə kampaniyaları, Azərbaycanın suveren hüquqlarına və tarixi yaddaşına edilən açıq hörmətsizlikdir. Minilliklər boyu bu torpaqlarda formalaşan mədəniyyəti, onun mahiyyətini və ruhunu Azərbaycan cəmiyyətindən daha yaxşı dərk edəcək və ona sahib çıxacaq ikinci bir tərəf yoxdur.

Bu baxımdan, Azərbaycan dövlətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi sürətli bərpa və quruculuq prosesində xristian irsimizə nümayiş etdirdiyi xüsusi ehtiram, daha dəqiq desək, konseptual olaraq bütün tarixi-dini abidələrə eyni dərəcədə həssaslıqla yanaşılması xarici saxta təbliğata ən tutarlı cavabdır. Eyni zamanda, Alban çarlığının qədim inzibati və dini mərkəzlərinin yerləşdiyi digər bölgələrdə - Şəki, Qəbələ və Qax rayonlarında kilsə və monastırların dövlət və Heydər Əliyev Fondu xətti ilə yüksək peşəkarlıqla bərpa olunması, mühəndis-bərpa işlərinin elmi əsaslarla aparılması Azərbaycanın öz tarixi irsinə olan dərin sadiqliyini əyani şəkildə göstərir. Bu prosesdə müstəsna məqamlardan biri də dövlətimizin öz milli mənşə istiqamətlərimizdən olan Qafqaz Albaniyasının birbaşa etnik və mənəvi varisləri sayılan Alban-Udi xristian dini icmasına göstərdiyi xüsusi diqqət və qayğıdır. Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir. Dövlət tərəfindən Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Yelisey və Məryəm Ana kilsələrinin, Qax və Şəkidəki alban məbədlərinin bərpa edilərək Udi icmasının dini ayinlərini azad şəkildə icra etməsi üçün istifadəyə verilməsi Azərbaycanın multikulturalizm modelinin əyani təzahürüdür.

Vətən müharibəsindən sonra Alban-Udi din xadimlərinin Kəlbəcərdəki Xudavəng monastırını, Xocavənddəki Amaras məbədini və digər tarixi alban kilsələrini ziyarət edərək orada dualar oxumaları bu irsin əsl sahiblərinə qovuşduğunu bütün dünyaya nümayiş etdirmişdir. Yəni hərbi, siyasi və diplomatik zəfərlərimizin davamı kimi Azərbaycanın real müstəvidə həyata keçirdiyi abidələrin bərpası, Udi icmasına göstərilən dövlət qayğısı və tarixi irsin qorunması siyasəti də kənardan idarə olunan saxtakar diplomatik oyunları bütünlüklə iflasa uğratmış və bir daha göstərmişdir ki, regionda xristian irsinin həqiqi hamisi və varisi müstəqil Azərbaycan dövlətidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1011   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 227
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 216
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 231
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 177
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

19:00 1
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 250
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 226
.